Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Mübariz Qurbanlı: İranda olan müəyyən dairələr erməni lobbisinin sifarişlərini yerinə yetirir
Mübariz Qurbanlı: İranda olan müəyyən dairələr erməni lobbisinin sifarişlərini yerinə yetirir |
"Eurovision" mahnı müsabiqəsinə qarşı aparılan kampaniya həmin "qara piarı" təşkil edənlərin istədiyi kimi nəticələnmədi. Bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
"Antiazərbaycan dairələrinin ölkəmizi gözdən salmaq cəhdləri istənilən nəticəni vermədi. Burada xüsusi olaraq, Azərbaycan Prezidentinin qətiyyətli siyasətini, "Eurovision" yarışmasına hazırlığın yüksək səviyyədə olmasını, Azərbaycan KİV-lərinin vətənpərvər hissəsinin fəaliyyətini vurğulamaq lazımdır. Yəni bütün bunların fonunda antiazərbaycan dairələrinin ölkəmizə qarşı aparılan kampaniyasını dəf etdik. Ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti Azərbaycana qarşı zərbələri dəf etməkdə böyük rol oynadı", - Qurbanlı deyib. O bildirib ki, "Eurovision"un Bakıda keçirilməsi Azərbaycanın iqtisadi, siyasi uğurları ilə yanaşı, bizim mədəniyyət sahəsində uğurlarımızın təbliği və təşviqi baxımından da əvəzolunmaz hadisədir. Onun sözlərinə görə, "Eurovision" yarışmasının keçirilməsi ərəfəsində Azərbaycana qarşı "qara piar" aparılır. "Bizim bu yarışmadakı mənəvi-siyasi üstünlüyümüzdən kim daha çox narahat olur? İlk növbədə, narahatlıq keçirən işğalçı Ermənistandır, erməni lobbisidir. Çünki Azərbaycanın hər bir uğuru Ermənistan üzərində bizim üstünlüyümüzü təsdiq edir. Ona görə də erməni lobbisi bundan narahat olur. Təbii ki, Azərbaycanın bu uğurundan narahat olan ermənilər bu yarışmaya mane olmaq, gözdən salmaq üçün bütün vasitələri işə salmışdılar", - icra katibinin müavini deyib. Qurbanli bildirib ki, ölkəmizin daxilindəki bəzi dairələr, radikal müxalifət yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar. "Qara piar" kampaniyasının aparılmasında ökəmizin daxilindəki siyasi dairələrin də iştirakından təəssüflənən millət vəkili deyib ki, bu dairələr antiazərbaycan kampaniyasında "beşinci kolon" rolunu oynamaqdadır. "Şəhərimizdə qeyri-qanuni aksiyalara cəhd göstərmək əslində "Eurovision" yarışmasına xələl gətirmək, ölkəmizin müsbət imicinə hansısa formada ziyan vurulmasına göstərilən cəhddir. Əlbəttə, burada radikal dairələr istədiyinə nail ola bilmir və bilməyəcək də. Çünki Azərbaycan xalqı onlara dəstək vermir və bundan sonra da verməyəcək", - o deyib. İranda "Eurovision" mahnı müsabiqəsinin əleyhinə olan çağırışlara münasibət bildirən Qurbanlı deyib ki, bütün bunlar onu göstərir ki, erməni lobbisi ilə İrandakı dairələr arasında sinxron əlaqə var və bu fəaliyyət bir mərkəzdən idarə olunur. "Yəni İranda olan müəyyən dairələr və rejimin müəyyən qrupları əslində erməni lobbisinin hərəkətlərini təkrar etməkdə və yaxud sifarişlərini yerinə yetirməkdədir. Buna misal olaraq, Təbrizdə Azərbaycan əleyhinə mitinqlərin təşkil olunmasını göstərə bilərik. Bu aksiyalarda səslənən fikirlər xarici mətbuatda erməni lobbisinin yazdırdığı yazılarla eyniyyət təşkil edir. Təbrizdəki aksiyaları təşkil edənlər o şəxslərdir ki, erməni lobbisi ilə bağlıdır, eyni zamanda, Azərbaycanın inkişafına qarşı olan, bölgədə ölkəmizin rolunun artmasından əndişələnən dairələrdir", - o qeyd edib. Qurbanlının sözlərinə görə, İranda ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olan, xoşagəlməz halları pisləyən qüvvələr də mövcuddur. "İrandakı antiazərbaycan qruplaşmaları keçmişə xidmət edənlərdir və onlar işğalçı Ermənistanla əməkdaşlıq edən qruplardır. Bu qruplar Azərbaycan-İran münasibətlərinə xələl gətirən qruplardır. Biz İran mətbuatında antiazərbaycan yazılarını təhlil etsək, oradakı tezislərin tamamilə yalana söykəndiyini söyləyə bilərik", - millət vəkili deyib. Geri dön |