Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əmir Teymurun İldırım Bəyazidin oğluna məktubu - “Bundan sonra taleyin belə oyunlarına aldanmayacam”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Əmir Teymurun İldırım Bəyazidin oğluna məktubu - “Bundan sonra taleyin belə oyunlarına aldanmayacam”

Əmir Teymurun İldırım Bəyazidin oğluna məktubu - “Bundan sonra taleyin belə oyunlarına aldanmayacam”


İldırım Bəyazidin Ankara döyüşündə Əmir Teymura əsir düşməsindən sonra dağılan Osmanlı dövlətinin 1402-ci il və 1413-cü illər arasında yaranan boşluq dönəminə Fetret Devri və ya Fasıla-i Səltənət dövrü deyilir. İldırım Bəyazidin ölümündən sonra geriyə altı oğlu qaldı. Bunlar Əmir Süleyman, İsa, Mehmet, Mustafa, Musa və Qasım Çələbi idi. Bunlar dövlətin ayrı-ayrı bölgələrində qarşı-qarşıya gələrək taxt uğrunda mübarizə aparırdılar. Bu mübarizə Əmir Teymurun Anadolunu tərk etməsi ilə daha da alovlanmışdı. Şahzadələrdən Süleyman Çələbi Rumelidə, İsa Çələbi Balıkesirdə, Musa Çələbi Bursada və Mehmet Çələbi də Amasiyada hökmranlıq etməyə başlamışdılar.

Şahzadə Əmir Süleyman Ankara döyüşündən sonra ona tabe olan böyük qüvvə ilə Bursaya gələrək ailəsi və uşaqlarını yanına alıb Geliboluya gedir. İlk öncə Bizans imperatoru Manuellə bir müqavilə imzalayır. Onu dəstəkləyəcəyi şərti ilə əcdadının qanı ilə suvarılmış Rumelidə bir qism torpaqları Bizansa güzəştə gedəcəyini deyir. Daha sonra Ədirnədə özünü hökmdar elan etdi. Bu anda Əmir Teymur da Əmir Süleymana məktub yazıb, tac və xələt göndərərək onu özünə tərəf çəkmək istəyir. Buna da nail olur.

Əmir Teymur məktubunda yazır:

“Atan İldırımın bu qədər ani və anlaşılmaz fəlakətinə acıyıram. Fəqət, Allahın, qürurunun əsiri olan, özündən başqa heç kimi dinləməyən, mənliyinin diqtə etdiyi hər şeyin doğru olduğuna inananları cəzalandırdığını bilməliyik. Halbuki taleyin mənə istədiyimdən artığını verməsi ilə öyünə bilərəm və mənim nail olduqlarıma kimsə çata bilməz. Fəqət, rəqibimin sonu mənə çox toxundu və qədərim məni bağışlamadan mən onu düzəltmək istəyirəm. Yəni, Bəyazidin düşməni olduğumu unutmaq istəyirəm və hökmranlığımı qəbul etdikləri təqdirdə onun oğlanlarına atalıq etməyə hazıram. Bu günə qədər işğal etdiyim ölkələr mənə bəsdir. Bundan sonra taleyin belə oyunlarına aldanmayacam.”

Təqdim etdi: Rəşad Sahil

Geri dön