Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Avropa İttifaqının xüsusi sülh və təhlükəsizlik missiyası Azərbaycana niyə gəlir...
Avropa İttifaqının xüsusi sülh və təhlükəsizlik missiyası Azərbaycana niyə gəlir... |
“Avropa təsisatları nümayəndələrinin növbəti dəfə ölkəmizə səfəri Azərbaycan və tərəfdaşlar üçün də çox vacibdir”
img Fərəc Quliyev: “Avropa İttifaqının siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyətinin Bakıya səfəri əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır” Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas məlumat verib. 30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənir. K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək. O qeyd edib ki, hazırda səfərin proqramı ilə bağlı hazırlıqlar aparılır. Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyətinin Bakıya səfəri barədə fikir bildirən millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın Avropa təsisatları ilə münasibətləri çox normalıdır: “Bəzi dövlətlər istəyir ki, Azərbaycanla Avropa təsisatları arasındakı münasibətləri pozsunlar. Xüsusən də Ermənistanın təsiri ilə və ya o ölkəni qoruyan bəzi dövlətlər Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinə kölgə salmaq istəyirlər. Ancaq Azərbaycanın oriyentasiyası aydındır. Biz Avropa təşkilatları ilə çox yaxşı münasibətdəyik. Xüsusən də Avronest müəyyən qədər fəaliyyətini dayandırandan sonra Avropa təsisatının rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən fərqli əhval-ruhiyyə ilə qayıtdılar. Azərbaycan hazırda Avronestdə fəaliyyətini davam etdirir”. Millət vəkilinin sözlərinə görə, Avropa təsisatları nümayəndələrinin növbəti dəfə Azərbaycana səfəri əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Bu, Azərbaycan və tərəfdaşlar üçün də çox vacibdir. F.Quliyev hesab edir ki, bu görüşlərin olması Azərbaycanın mövqelərinin möhkəmlənməsinə səbəb olacaq. Günel CƏLİLOVA Geri dön |