Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Müstəqil Azərbaycanın beşinci Xarici İşlər naziri - Vilayət Muxtar oğlu Quliyev + DOSYE
Müstəqil Azərbaycanın beşinci Xarici İşlər naziri - Vilayət Muxtar oğlu Quliyev + DOSYE |
09.01.2017 tarixindən başlayaraq 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim etdik. 08.07.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Xarici İşlər nazirlərimiz haqqında yazını təqdim edir.
Müstəqil Azərbaycanın dördüncü Xarici İşlər naziri – 1999-cu iloktyabrın 26-dan – 2004-cü il aprelin 2-nə kimi nazir olan Vilayət Muxtar oğlu Quliyev barəsindədir. Öncəki Xarici İşlər naziri haqqında bu linkdən oxuyun Azərbaycanın tanınmış ədəbiyyatşünas alim‐tənqidçilərindən və diplomatlarından biri Vilayət Quliyevdir. 1952‐ci il noyabrın 5‐də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində anadan olmuşdur. 1970‐ci ildə Beyləqan rayonundakı G.Əsədov adına orta məktəbi əla qiymətlərlə bitrmişdir. 1970‐1975‐ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almışdır. Əmək fəaliyyətinə 1975‐ci ildə Beyləqan rayon orta məktəbində müəllim kimi başlamışdır. 1978‐1981‐ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1981‐1992‐ci illərdə həmin institutda elmi işçi, şöbə müdiri, direktor müavini vəzifələrində işləmişdir. 1982‐ci ildə elmlər namizədi, 1990‐cı ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. Ədəbiyyat tarixi və ictimai‐siyasi problemlərə dair bir sıra qiymətli əsərlərin müəllifidir. Dünya şöhrətli azərbaycanlı şərqşünas Mirzə Məhəmməd Əli Kazım bəyə həsr edilmiş “Mirzə Kazımbəy” adlı monoqrafiyanın (Bakı, Yazıçı, 1987) və ona yaxın başqa kitab və monoqrafiyanın, 300‐dək elmipublisistik, tənqidi, görkəmli dövlət xadimi Ə.Topçubaşov haqqında məqalənin müəllifidir. Azərbaycan televiziyasında elmi‐ədəbi proqramın aparıcısı olmuşdur. Xarici ölkələrdə kifayət qədər tanınmış alimdir. Finlandiya, İsveç, Böyük Britaniya və ABŞ‐da elmi ezamiyyətdə olmuşdur. 1992‐1993‐cü illərdə Türkiyə Respublikasında Atatürk Universitetinin professoru, 1994‐cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1995‐2000‐ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1999‐cu ildə xarici işlər naziri təyin edilmişdir. 2000‐ci ildə ona Fövqəladə və Səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. V.Quliyev Azərbaycan Respublikasının xarici işlər naziri kimi diplomatik aləmdə Azərbaycanın haqq işini müdafiə etmiş və onun demokratik prinsiplər əsasında inkişaf yolu ilə addımladığını, sülhsevər siyasət yeritdiyini, Ermənistanın işğalçı dövlət olduğunu Avropa, Asiya, Amerikanın bir sıra ölkələrinin hökumət nümayəndələri ilə görüş və danışıqlarda, beynəlxalq konfrans və iclaslarda bəyan etmişdir. O, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 2003‐cü il fevralın 24‐28‐də ABŞ‐a rəsmi səfəri zamanı Vaşinqtonda Ağ evdə Corc Buşla və b. dövlət nümayəndələri ilə keçirdiyi görüşlərdə, apardığı danışıqlarda, “Şərq‐Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda, ABŞ və Azərbaycan dövlətləri arasında bağlanmış sənədlərin hazırlanması və imzalanmasında yaxından iştirak etmişdir. 2003‐cü il fevralın əvvəllərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Sülh və həmrəylik” birinci beynəlxalq konfrans keçirilmişdir. Konfransda V.Quliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. O, konfransda nitq söylərkən Orta Asiya və Cənubi Qafqaz regionu üçün mühüm olan sülhə və sabitliyə, mədəni və dinlərarası dialoqa nail olmaqdan, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: “Bu münaqişənin əsasında ermənilərin iddia etdikləri kimi, dini və etnoslar arasındakı amillər durmur. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır və Azərbaycan münaqişənin dinc yolla, beynəlxalq hüququn norma və prinsipi əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”. 2003‐cü il martın 25‐27‐də Bakıda Nüvə silahlarının hərtərəfli qadağan olunması üzrə müqavilə təşkilatının Mərkəzi Asiya və Qafqazdan olan üzv ölkələr ilə beynəlxalq əməkdaşlığa dair seminar keçirilmişdir. Seminarı salamlayan V.Quliyev demişdir ki, bu seminarın Bakıda keçirilməsi Azərbaycanın kütləvi qırğın silahlarının istehsalı, yayılması və sınaqdan keçirilməsinin əleyhinə olduğunu əyani sübut etmişdir. Bu tədbir nüvə sınağının qadağan edilməsi ilə bağlı regionda əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir. V.Quliyev xarici işlər naziri olaraq dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçıları ilə görüşüb danışıqlar aparmışdır. Onun nazir işlədiyi müddətdə Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş və təşkilatlara üzv olmuşdur. Azərbaycan dövləti başqa ölkələrdə səfirliklər açması işini davam etdirmişdir. V.Quliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dövlətinin xarici siyasətinə dair iri həcmli kitablar hazırlanıb nəşr edilmişdir. Hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir. Rus, türk, ərəb, ingilis və fars dillərini bilir. Ailəlidir, 2 övladı var. P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Elmira Hüseynovanın həmmüəllifi olduqları “Azərbaycanın Xarici işlər nazirləri” kitabından götürülüb. Geri dön |