Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ömrün payız etirafı və yaxud ömrün,günün hapı,gopu
Ömrün payız etirafı və yaxud ömrün,günün hapı,gopu |
Yaman paylaşıram şəkillərimi
Hamının döşünə taxmağa çatar. Uzun əyyamlardan, günlərdən sonra-- Yada salmaq üçün baxmağa çatar. *** Demirəm kim isə ağlayacaqdır, Naləsi ürəyi dağlayacaqdır. Bir nəsnə vardır ki, bilirəm bunu, Məni gələcəyə bağlayacaqdır. *** Bu şəkil- mətbuat, bu şəkil dildir, Bu şəklin adı da, özü tək güldür. Bu şəkil çəkilib baba yurdumda, Deyəsən, keçən il, ya da ki bildir. *** Bu şəkil-tapıntı,bu bu da - haraydır, Bu şəkil türk yurdu- Bağçasaraydır... Bu şəkil türklərin- daş abidəsi, Bax bu, Koroğludur,bu da Gəraydır. *** Mən dərsdən,məktəbdən yazmışam az-çox,, Xoşuma gəlmədi,pozmuşam az-çox... Məktəb axtarmışam,sanballı məktəb, Mənim bundan başqa, bir təmənnam yox. *** Vallah,and içirəm,yerə,göyə mən, "Təhsil!", "Yaxşı təhsil!"- deyə-deyə mən. Mənim çobanım da, alimim də var, Səcdə etməmişəm xana, bəyə mən. *** Yaxşı tanıyıram Zərdabini mən, Səid Ünsizadə!..O şəxsə əhsən! Yaddan çıxmadın sən, İsmayıl Mirzə, Tərcüman olmaqda mahirsən, təksən. *** Demirəm dünyanı dolaşmışam mən, Ancaq nələrəsə yol açmışam mən. Düşmənə turşudub,sir-sifətimi, Yaxşı insanlara qol açmışam mən. *** Hər işim şəkildir, əqlimin şəkli, Təbiətin şəkli, iqlimin şəkli. Mənim yazdıqlarım,söylədiklərim, Bir dərdin yüz şəkli, bəzən - min şəkli. *** Bəlkə şəklim yoxdur güldüyüm zaman, Şəkildə görünür ancaq bircə an. Bu dünya lağlağı dünyası deyil, Ey şəkil çəkdirən, abırlı dayan. *** Uca görünməkçün boylanmadım mən, Soyadım özümün, adım da kı - MƏN.. Tarixdə qalacaq bir sübut kimi Təmkinli,vüqarlı adımdakı- MƏN. *** Dünya işləindən xəbərdaram mən, Yazıram,pozuram,demək, varam mən. Mənə yaxşılığı dəyən kimsəni, Nə qədər varamsa,unutmaram mən. Təbriz.22.09.2017. Geri dön |