Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ziya" qəzeti 27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ziya" qəzeti 27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı?

Ziya" qəzeti 27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı?


İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası

və yaxud

"Ziya" qəzeti 27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı?



Ziya" qəzeti  27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı?

Ziya" qəzeti  27 dekabr 1879-cu il tarixli 4-cü nömrəsində nədən yazırdı?



Əvvlcədən deyək ki, bu nömrə qəzetin ikinci sənəsinin (ilinin) 4-cü nömrəsidir.

"Ziya"nın tarixi ilk dördüncü nömrəsi 1879-cu il fevralın 15-də çıxmışdır. Bu nömrənin baş məqaləsi məzkur nəşr orqanının imtiyaz sahibi olan Səid Ünsizadənin maarifçilik dünyagörüşünü əks etdirən "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində" adı ilə çap olunan yazıdır.

Bu məqalədən öyüd və nəsihət xarakterli bəzi fikirləri,metodiki istiqamətləri oxuculara çatdırırıq.
1..Allah-təala bizə oxumaq və yazmaq nemətini və təlim və tərbiyə qabiliyyətini əta edibdir.
2.Bu zəmaədə mülk və millətin tərəqqisi elm və mərifətə,müxtəlif dillərə arif olmaqdadır.
3.İndi neçə dil bilmək lazımdır və məktəb və mədrəsələrimizdə nə qaidə ilə gərək dırs oxunsun?

Səid Ünsizadə "Ziya"nın sonrakı nömrələrində də məktəb və maarif məsələlərini ən ümdə məsələ kimi oxucunun diiqətinə çatdırırdı. Yerlərdən S.Ünsizadənin tərəfdarları Tiflisə- "Ziya" qəzetinin idarəxanəsinə öz fikir və düşüncələrini əks etdirən yazılar göndərirdilər.Belə müəlliflərdən Şamaxıdan S.Ə.Şirvanini,Şuşadam Ağamirzadəni,Tambov Quberniyasından M.H.Əlqədarini,Göyçaydan İsmayıl Nazirzadəni,Tiflisdən müfti Əbdülhəmid Əfəndizadəni,şeyxülislam Əhməd bəy Hüseynzadəni, şərqşünas Adolf Petroviç Berjeni, Nuxadan İsmi Sədrəddinbəyovu və başqalarını göstərmək olar.

Yerlərdən Ziyaya məktub göndərən müxbirlərdən biri də sonralar türk mətbuatında əzəmətli işlər görən Bağçasaray şəhər məclisinin sədri İsmayıl Mirza(İsmayıl bəy Qasprinski idi. Onun "Ziya" qəzetində çap olunmuş ilk məqaləsi "Bağçasaraydan göndərilən məktub" adlandırılır. Bu yazı haqqında ilk məlumatı dünyanın türkdilli oxucularına biz çatdırmışıq.

Faidədən xali olmadığı üçün həmin yazını yenidən oxucuların mütaliəsinə istiqamətləndiririk.

"Bağçasaraydan göndərilən məktub

Məlumdur ki, Rusiya dövləti içərisində olan millətlər, məsələn ...,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər. İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi bir ğazetəsiz olduqları çox təəccübdür.

Ğazeta- millətin lisanıdır. Ğazetələr millətə mühafiz ola bilürlər. Ticarət və hansı səlahiyyət (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər. Millətin aqilinə(əqlinə) və fikrinə inayə (kömək-?) ola bilürlər. Qısası, ğazetəsiz, və kitabsız millət sağır (kar) və dilsiz adama bənzər. Bu halda tatar lisanında "Ziya" ğazetəsi nəşr olunması pək(çox) faidəli,iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. "Ziya" ğazetəsinin gündən-günə ilərü(irəlü) getməsini istəriz(istəyirik) və məmnun ediriz .Bundan sonra bəz-bəz "Ziya" qazetəxanəsinə məktub və ğeyr kağızlar göndərilməgini kəndimizə borc ediriz. Bu dəfə tərəfi-əhvalımızdan sual olunur isə həmd olsun bu sənə (bu il- N.N.) Qırım bərəkatı ("bərəkət" sözünün cəmidir-N.N.)pək əla olmuşdur. Əkin,meyvə, düxan (burada "tütün" mənasındadır- N.N. ) gözəl olub. Cümlə ticarət pək sırasındadır.Buğda çox oldusa da , qiyməti çox bahalıdır. Şöylə ki, puti on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan şimdilik zəhmət çəkməyürlər.

Bağçasaray şəhr məclisindən

İsmayıl Mirza" ( "Ziya" qəzeti, 7 noyabr 1879-cu il,N 42)




İsmayıl Mirza "Ziya" qəzetinin ən fəal oxucularında və yazarlarından biri idi.Qəzetin sonrakı nömrələrində də onun imzalı və imzasız yazılarına rast gəlirik. "Ziya" йэяуеш (25.01.1879-26.06.1884,Tiflis ) bir çox türk yazarlarına,
o cümlədən İsmayıl Mirzaya təcrübə məktəbi idi.Təsadüfi deyil ki,İsmayıl bəy ibn Mustafa 1881-ci ilin mayında "Ziya" qəzetinin mətbəəsində nəşr etdirdiyi "TUNĞUC" jurnalının birinci səhifəsində Səid Ünsizadənin maarifçilik fəaliyyətini çox yüksək qiymətləndirmiş,bir növ qələm dostunu mətbuatımıza yuxarıdan baxanlardan qorumuşdu, onlara bir növ yerlərində dinc oturmaq xəbərdarlığı etmişdi.

İndi keçək əsas mətləbə. Oxucuları demək istədiyimiz mətləbdən hali etmək üçün qəzetin bir nömrəsinin biblioqrafiyası ilə tanış edək.Araşdırma üçün qəzetin ikinci sənəsinin 4-cü nömrəsini vərəqləyirik.

"Ziya"nın 27.12.1879-cu il tarixli nömrəsində nədən danışılır,nəyə işarə edilir,hansı məsələlər qabardılırdı?


4 səhifəlik bu nömrədə qəzetin tarixi hicri və miladı təqvimlərin tarixləri ilə göstərilmişdir. "Ziya"nın bu nömrəsi islami təqvimin 1297-ci il məhərrəm ayının 25-də çap olunmuşdur ki,bu da miladi tarixlə 1879-cu il dekabr ayının 27-nə uyğundur.Qəzetin imtiyaz sahibi Səid Ünsizadə, müdir və mühərriri isə Cəlal Ünsizadədir (Cəlal Ünsizadə Səid Ünsizadənin ortancıl qardaşıdır-N.N.). Qəzetin idarəsi Tiflisdə Vorontsov küçəsində Ağaələsgərin
35 nömrəli xanəsində yerləşir. "Ziya" həftədə bir dəfə təb olunur.

Qəzetin loqosunda iki sünbül arasında "Ziya" sözü ,onun altında isə ilk sənəsinin(ilinin ) tarixi islam təqvimi ilə 1296 rəqəmi verimişdir.Yeri gəmişkən qeyd edək ki, "Ziya"nın ilk nömrəsi 1296-ci il səfər ayının 14-də çıxmışdır ki,bu da miladi təqvimin 25 yanvar 1879-cu il tarixinə uyğundur.

Nömrənin birinci səhifəsində çap olunmuş materialların mündərəcatı verimişdir.

!.Teleqrafnamələr

2.Məmləkət əhvalatı

3.Paytaxt qəzetlərinin tazə xəbərləri
4.Ovraq və məkatib ( Vərəqlər və yazışmalar -N.N.)

5.Elan.

Teleqraf xəbərlərinin sayı15-dir. Bunlardan 4-ü Peterburqdan, 2-si İstanbuldan, 2-si Madriddəndir.Burada Paris və Vyanadan alınan teleqraflar da yerləşdirilmişdir. Bəzi tleqraflar qəzetə ehtiyatla verilmişdir:

"İstanbul.12 dekabr. Standart qəzetəsində xəbər verilən əhvalat ki,Prizrində əhali qiyam edib,iki kəlisa və bir neçə xristian evlərini yandırıb və qarət ediblər.Bu xəbər doğru degildir".

Nömrənin ən maraqlı qəzet təcrübəlrindən biri budur ki, iri materiallar "Ziya" başlığı altında şərh olunur. Qəzetdə "Ziya"ya göndərilən bəzi məktublar da burada işıqlandırılır.Məsələn, " keçən ayda Qırım müftisinin vəfat eləməgini Yaltadan xəbər verirlər ".

"Ziya" bəzən əvvəlki nömrələrində bəhs etdiyi bəzi məsələ və xəbərlərə də yenidən yer ayırmağı lazım bilmişdir.

"Darülfünunda rusi təhsildən qurtarmış və bu halda Gəncədə sledovatel(müstəntiq) mənsəbinə məmuriyyətdə olan Əsgər bəy Adıgözəlov bizim Azərbaycan dilində bir coğrafiya kitabının tərcümə və tərtibinə himmət edib... "

Qəzetin məzkur(haqqında danışılan) nömrəsində "Ovraq və məkatib" başlığı altında iki müxvbir məktubu və qəzetin bu yazılara münasibəti verilmişdir.Birinci məktub (vərəqə-N.N.) Axısqadandır. Sorğu-sualdan qaçmaq üçün müxbirin adı göstərilməyib.

İkinci məktubun Batumdan Mirzə Şətrənc tərəfindən göndərildiyi göstərilsə də, əslində üslub və ieya baxımından onun Səid Ünsizdə tərəfindən yazıldığını güman etmək olar. Ehtimalımızın qüvvəsi üçün Batum məktubunu olduğu kimi oxuculara çatdırmağı lazım bildik.

Vərəqə

Cənab Ünsizadə,(məktublar müdir və mühərrir olduğu üçün çox vaxt Cəlal Ünsizadəyə göndərilirdi-N.N.) məşhur məsəldir ki, bir ərəb rəbtdə (səfərdə-N.N.) olduğu halda, qonşularından birinə rast gəlib, ondan xəbər aldı ki, mənim dəvəm sağdırmı?Hərif cavab verdi ki,xeyr,sağ degildir.Çünki evin viran olan vəqtdə əyalın altında qalıb vəfat etdigindən ehsanına dəvə zəbh olundu ( kəsildi-N.N.).


Ərəb bu szü eşidən bəqtdə sərasimə (həyacanla) əsasını əlinə alıb hərifə əlvida elədi.

Qissədən hissə bizim halımzdır. Bu illərdə Qafqaz ziraəti həyatı -təbiədən məhrum olduğu kimi, Baküdə təb və nəşr olunan "ƏKİNÇİ" qəzetəsi dəxi məhrum oldu. "ZİYA"nın axırıncı nömrələrində eşidilən dadü fəryad yəqin bunu işarə edir ki, onun da başına ev yıxılacaqdır.

Böylə olan surətdə bir neçə nəfər elmdost Qafqaz müsəlmanlarına lazım gəlmir ki, salərimizi əlimizə alıb, Qafqaza xitabən deyək ki,ey dünyanın elmü-fəzlindən bibəhrə qalan müsəlmanlar və ey zahirdə özlərini alim gösrərib, nəfsi-əmrdə cahil olanlar və ey bielmlik səbəbilə Qafqaz məhəllərini və Sibirya mülkünü doldurub mədaris bə məkatibi xali qoyan bihimmət və ey əşvarat dünyəviyyənin əksərindən gözü bağlı və qafil qalanlar vay... vay... sizi Allaha tapşırıram.

Sizə əlvida olsun.

Xatirimdə var sair ki, bir neçə il bundan əqdəm Suşidə olduğum vəqtdə Qafqazda əcəli-əkrəm hesab olunan bir zati-şərif Şuşiyə təşrif gətirmişdi.Adətdir ki, bu gunə şəxslər hansı məhəllə varid olsalar, o yerin məktəb və həbsxanələrini və sair mühüm olan bölgələrini müayinə və müşahidə edərlər...
...Din və millət qardaşlarımızın cümləsindən təvəqe olunur ki, "Ziya" qəzetinin ziyabəxş olmağına səy və himmətlərinin əsirgəməyib, Zaqafqaz məhrusəsində ( dövlətində-N.N.)islam dilində nəşr olunan vahid və yekta olan qəzetənin (" Ziya " qəzetinin-N.N.) hifz və hərasətində olub, qoymasınlar ki, istehkamə çatmamış binası viran olub xanə bərbad osun. Ancaq onun səbəbilə ola dilər ki,öz həmmilətlərimizlə ahəstə-ahəstə xidmət edək.


Batum,1 dekabr 1879.


Mirzə Şətrənc".

Maraqlıdır ki,qəzet və onun cəmiyyətin,xalqın,millətin tərəqqisi yolundakı əhəmiyyəti haqqında bu fikirlər "Ziya" qəzetinin 19 noyabr 1879-cu ildəki 44-cü nömrəsində dərc olunmuş məqalədəki fikirlərlə üst-üstə düşür.

Başqa sözlə,Səid Ünsizadə çox güman ki, şahmat gedişi edərək diqqəti özündən kənarlaşdıraraq, ziyalıları "Ziya"ya qayğı göstərməyə çağırırırdı.Qəzetin digər nömrələrində bu takma ada- Nirzə Şətrəncə rast gəlmirik.


Qəzetin axırıncı səhifəsindəki elanların cərgəsində maraqlı bir xəbər də diqqəti cəlb edir:" Türk dilindən rus dilinə iki cilddə lüğəti-külliyyə "ZİYA" mətbəəsində satılmaqdadır ".

Maraqlıdır, görəsən, bu lüğətin tərtibçisi kimdir?

Azərbaycan mətbuat tarixində özünə şərəfli yer tutan bütün nəşrlərin biblioqrafiyasını hazlrlamaq,onları elmi ictimaiyyətin istifadısinə istiqamətləndirmək bu gün çox gərəkli görünən və lazım bilinən məsələlərdəndir.

Bu yolda ilk addımları ali məktəblərin müvafiq kafedraları,AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və M.Füzuli adına Əlyazmalar İnstitutu atmalıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

türkoloq.

24.09.2017.

Geri dön