Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranın Qarabağ problemindəki mövqeyi və Güney Azərbaycan məsələsi
İranın Qarabağ problemindəki mövqeyi və Güney Azərbaycan məsələsi |
ABŞ (Amerika Birləşmiş Ştatları) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində rol oynamaqla İranın bu ölkədəki təhlükəsini və antiamerikan rejiminin rolunu azalda bilər.
Bunu beynəlxalq "İrs" Fondunun Rusiya, Avrasiya və energetika siyasəti üzrə aparıcı eksperti (karşünas) Ariel Koen "Caucasus International" jurnalındakı "Azərbaycan və Amerika maraqları" məqaləsində yazıb/168.az/. Ekspertin fikrincə, rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində neytral (xunsa) mövqe tutur, amma əslində Bakının konfliktli vəziyyətdə olmasını istəyir. Mövcud durum İrandakı azərbaycanlıların Azərbaycana olan marağını azaldır. A.Koenin sözlərinə görə, Dağlıq Qarabağ probleminin mövcudluğu Güney Azərbaycanda sonda müstəqilliklə sona çatacağı bəlli olan muxtariyyat tələblərinin ikinci plana keçməsinə şərait yaradır. İranın nüvə silahı əldə edəcəyi təqdirdə Yaxın Şərqdə tam hegemonluğa yiyələnəcəyini vurğulayan politoloq (siyasətçi) həmin durumun ABŞ-ın bölgədəki müttəfiqləri - İsrail, Misir, həmçinin Güney Avropa dövlətləri üçün ciddi təhlükəyə çevriləcəyini proqnozlaşdırıb (öngörüb). Rusiyaya gəldikdə isə, Koenin qənaətincə, keçmiş SSRİ-nin (Şurəvi) süqutundan sonra da Qafqaz Moskva üçün prioritet (öncəlik) istiqamətlərdəndir. Kremlin postsovet məkanında (keçmiş Şurəvi) təsirinin azalmasına baxmayaraq, o yenə də bölgədə Birləşmiş Ştatlar üçün başlıca narahatlıq yaradan qüvvədir. A.Koen məqaləsində eyni zamanda bildirib ki, ABŞ və Rusiyanın Güney Qafqazdakı maraqlarını birləşdirən ən başlıca amil ölkələrin bölgədə radikal islamçı meyllərin artmasına qarşı birgə mübarizə aparmalarıdır. Geri dön |