Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı simpozium keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı simpozium keçirilib

ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı simpozium keçirilib


Azərbaycan və Ermənistan hökumətinin və vətəndaş cəmiyyəti üzvlərinin bir araya gətirilməsi məqsədilə oktyabrın 15-də Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli Məktəbində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı simpozium təşkil olunub.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, “Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin dəyərləndirilməsi, dalandan çıxmaq” mövzusunda keçirilən simpozium səkkiz saat davam edib. Tədbirdə hər iki ölkədən rəsmilər və analitiklər, həmçinin ABŞ ekspertləri iştirak edib.

“İki tərəf arasında yüksək səviyyədə aparılan sülh danışıqları onları bir-birinə yaxınlaşdırır,” deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

O xatırladıb ki, proses 20 ildir davam edir və bu Azərbaycanın marağında deyil.
“Status-kvo Azərbaycan xalqının, xüsusilə də erməni işğalçıları tərəfindən öz torpaqlarından qovulan insanların maraqlarına xidmət etmir”.

Ermənistanın Vaşinqtondakı səfirinin köməkçisi Varujan Nersessiyan bildirib ki, danışıqlarda uğur əldə etmək üçün güzəştə ehtiyac var, Azərbaycan isə bunu etmir.

Elman Abdullayev qaçqınların qayıtması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

Konfransa həmsədrlik edən Corc Meyson Universitetinin əməkdaşı Syuzan Allen Nən (Susan Allen Nan) sülh prosesində vətəndaş cəmiyyətinin rolunun vacibliyini vurğulayıb.

Beynəlxalq Sülh Naminə Karnegi Fondunun analitiki Tomas de Vaal hər iki tərəfi keçmişi geridə qoyub irəliyə baxmağa çağırıb. O bildirib ki, sülhün yaradılmasında həm azərbaycanlı, həm də erməni icmalarının hüquqları nəzərə alınmalıdır.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva qeyd edib ki, fakt odur ki, Dağlıq Qarabağdan olan azərbaycanlılar sülh prosesindən ayrı düşüb və öz evlərindən uzaqda çətin şəraitdə yaşayırlar.

Münaqişələrin Transformasiyası Mərkəzinin nümayəndəsi Arzu Qeybullayeva sosial şəbəkələrin Azərbaycan və Ermənistan gəncləri arasında neytral zona rolunu oynadığını vurğulayıb. Onun sözlərinə görə, virtual məkanda tərəflər arasında dialoq qurmağın asanlığı sülh prosesinə yardımçı olur.

Geri dön