Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avropa Birliyi üzərindən Orta Doğu siyasəti
Avropa Birliyi üzərindən Orta Doğu siyasəti |
Bu strateji hədəf qatı antitürk ovqatı ilə düzənlənir
Son zamanlar ABŞ Avropa Birliyinin (AB) də dəstəyilə Türkiyədə iqtisadi böhran yaratmaqla ölkədə hakimiyyətdə olan AKP iqtidarının imkanları daha da artmışdır. çünki AKP qəbul etdiyi bir sıra yeni qanunlara geyindirilən donu "AB-nin tələbidir" bu, deyərək özünə haqq qazandırır. AKP dövlətin faktiki olaraq bütün sahələrini ələ keçirməklə hazırda mövcud olan problemlərdən yan keçməklə, yaranmış durumun ağırlığını "bütün bunlar AB-nin qanunları" əsasında baş verir deməklə, yaxasını ələ verməməyə çalışır. Əslində AB-nin tələblərinə görə qəbul edilmiş qanunlar Türkiyənin Orta Doğu, Balkan, Qafqazda və Orta Asiyadakı mövqelərinin sarsıdılmasına hesablanmış strateji hədəflərin uzantılarından ibarətdir. Demokratiya pərdəsi adı altında türk millətinin hüquqnun tanınmaması siyasəti artıq Bolqaırstan, Rumıniya, Bosniya, Yunanıstan və Makedoniyada dolayı yolla rəsmi xaraket almağa başlamışdır. Belə bir addım Orta Doğuda da izlənilməkdədir. 2003-cü ildən etibarən İraqda NATO bayrağı adı altında rəsmiləşdirilməkdədir. İndi sırada "İran projesi"nə dayanıqlı olan proses də gündəmə gətirilməkdədir. Türk millətinin hüquqlarının əlindən alınması taktikası və AKP irticası Türkiyədə tədrici yolla dərinləşdirilən iqtisadi böhranın uzantıları adı altında AB və ABŞ AKP-yə dəstək verməklə ölkə əhalisinin diqqətini mövcud böhran siyasətindən yayındırmaq üçün "millətlərin hüquqları" projelərinin radikal xarakter almasına yönəltməkdədir. çünki bu ssenarinin ardında duran əsas strateji hədəfləri "Suriya və İran projesi"ndən ibarətdir. "İraq ssenarisi"ndə olduğu kimi, Suriya və İran projesində də ancaq kürd faktoru AB və ABŞ üçün strateji hədəf olaraq görülməkdədir. İraqda 3 milyonluq türkmanın hüquqlarını tanımayan, hər addımında bunu qəbul etməyən Qərb dünyası, bu dəfə Suriyada 2 milyonluq və İran ssenarisində 40 milyonluq türkü inkar strategiyasını məhz Türkiyədəki AKP irticasının əli ilə həyata keçirmək üçün daha dərin siyasi oyunları hədəfə almışdır. İndi Türkiyədə "milli azlıqların hüquqları" şərtləri adı altında kompleks tədbirlərin həyata keçirilməsi üçün provokasiyalara üz tutulmuşdur. Artıq Türkiyə, İran, Suriya və İraq torpaqlarının bölünərək "Kürdüstan Federativ Dövləti" strateji hədəfləri açıq şəkildə söylənilməkdədir. Sözdə bu hədəflərə qarşı olduğunu hər addımda elan etməkdən usanmayan AKP irticası digər yandan bu yöndə qanunlar qəbul etdirir, ölkənin Ana Yasasının dəyişdirilməsi üçün mübarizə apardığını belə gizlətmir: "Kürdüstan Federasiyası birbaşa Türkiyəyə bağlı olacaq. Bunu unutmayalım" deyən AKP iqtidarı guya bununla da Türkiyənin sərhədlərinin genişlənə bilcəyinə "işarə" edir. Onda sula yaranır: "Bu coğrafi dəyişimə ABŞ və AB gücləri imkan verərlərmi?" Cavab isə birdir: "Əsla yox! Türk dünyasını, türk millətini inkar edən Qərb heç zaman bu təşəbbüslərin yanında durmaz". Orta Doğu Projesinin (BOP) əsas hədəfləri bu gün Suriya, İraq və İrandakı rejimləri dəyişdirmək, bunun şəklinin dəyişdirilməsini rəsmiləşdirmək üçün atılan addımların arxasında duran dərin strateji hədəflərdən biri də Türkiyənin bir neçə kəsimə bölünməsi planıdır. AKP irticası bu yöndə addım-addım irəliləmək üçün AB və ABŞ-ın mətbəxində hazırlanmış müvafiq "qanunlar", "qərarlar" və "islahatlar"ı həyata keçirməklə məşğuldur. Bunu Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün əleyhinə aparılan siyasi ovqatın çılpaqlığı ilə sübut etməkdədir. 1918-1923-cü illərin hədəfləri unudulmayıb Birinci Dünya savaşı dönəmində İngiltərə, Fransa, İtaliya, Rusiya, ABŞ Anadoluda çərkəz, erməni, rum, arnaut, ərəb, laz, kürd və digər milli azlıqları maliyyələşdirməklə yanaşı, bu toplumları silahlandıraraq, onları hamılıqla türk millətinə qarşı soyqırım siyasətlərinə qarşı yönəlmişdilər. Bununla yanaşı, Mustafa Kamal Paşanın liderliyində türk milləti səfərbər olunmaqla 1923-cü ildə dağılmış, param-paraça olunmuş Osmanlı İmperatorluğunun yerində Türkiyə Cümhuriyyətini qurmağa nail oldu. Həmin dönəmdən bu günə kimi Türkiyəni bir dövlət olaraq çökdürmək üçün dəfələrlə planlar cızılmışdır. Soyuq savaş dönəmi bitdikdən sonra dünyada təkqütblü siyasətin tərkib hissəsi kimi Anadolunun bir neçə kəsimə bölünməsi yönündə addımlar atılmışdır. İlk kimi dini baxışların antiqərb görümündə ortaya çıxması şərtləri daxilində Türkiyədə çoxsaylı təriqət və məzhəblər, milli azlıqlar, digər sosial şəbəkələr hərəkətə gətirildi. 2002-ci ildə isə bu qruplar siyasi səhnədə görünməyə başladılar. Bu şəbəkələr Qərb tərəfindən necə idarə olunmuşdularsa, indi də bu proses həmin axarda davam edir. Öncə Əfqanıstan, bunun ardınca Pakistan, İraq, Liviyanın, indi də Suriyanın Qərb tərəfindən nəzarətə götürülməsi, daha sonra isə İranla bağlı hədəflərə doğru atılacaq addımlar tamamlanan kimi dərhal Türkiyənin bir dövlət olaraq parçalanmasına doğru proseslərin başlanılması haqqında dünyanın iri çəkili strateji mərkəzləri son zamanlar açıq şəkildə eyhamlar vurmağa başlamışlar. Bu strateji hədəflərin hansı məcrada idarə olunduğunu elə Qərbin təsiri altına keçmiş dövlətlərdə müşahidə etmək heç də çətin deyil. Əfqanıstanda 3 milyonluq özbək, 2 milyonluq türkmən, 1 milyonluq qazax, uyğur, qırğız, əfşar, bayat, sarı özək, qacar türklərinin inkar olunması, Pakistanda 1,5 milyonluq özbək, türkmən, qacar, qaşqay, xələc türklərinin siyahıya alınmaması, son zamanlar İraqda şiə ərəblərinin Türkiyənin əleyhinə ayağa qalxması, Suriyada yaşanan vətəndaş savaşı adı altında Hələb bölgəsində türkmən, qaraçay və yörük türklərinə qarşı soyqırımların gündəmə gəlməsi BOP planının dərin qatlarının tərkib hissəsinə çevrilmişdir. çünki BOP-un hədəfi öncə Türkiyənin səhrədində yerləşən ölkələr daxil olmaqla türkü inkar siyasəti beləcə şəkilləndirilməlidir. Elə buna görə də AKP irticası Türkiyədə "milli azlıqlar"ın hüquqları doktrinasının gerçəkləşdirilməsinə və bunun hüquqi bazasının yaradılmasına çalışır. Türkiyənin daxilində yaradılan "milli azlıqlar"ın hüquqları uğrunda aparılacaq mübarizə taktikası start vəziyyətinə gətirilib. 1918-1923-cü illərdə olduğu kimi, bu güclər Qərbin dəstəyilə hərəkətə keçməklə türk soyqırımının törədilməsi üçün hətta bəzi dövlətlərin hərbi təlim mərkəzlərində xüsusi hazırlıq da keçirlər. PKK -nın timsalında bunu görmək heç də çətin deyil. Böyük öndər Mustafa Kamal Qazi Paşa vaxtilə deyirdi: "Sözün bitdiyi yerdə savaş başlar. Hər hansı bir savaş zəruri və həyati olmalıdır. Millətin həyatı təhlükəyə məruz qalmadıqca savaşa başlamaq bir cinayətdir". İndi Türkiyədə yaşanılan soyuq savaşa qarşı ayağa qalxanları dərhal müxtəlif bəhanələrlə həbs edirlər. 2005-ci ildə gündəmə gələn "Ergenekon" avantürasına görə tutuqlanan onlarca general, yazar və alimlərin məhkəməsi 7 ildir sona çatmamışdır. çünki sübut ediləcək hər hansı bir faktı millətə inandıra bilmirlər. "Balyoz" və ya digər provokasiyalar da AKP irticası və avantürasının tədricən iflasa uğraması, AB-ABŞ cütlüyünün çöküşü deməkdir. Bunu ictimai fikirdə dəyərləndirmək Türkiyədə deyil, Azərbaycan da daxil olmaqla bizlər bu yöndə hərəkətə keçməliyik. çünki BOP-un uzantılarına "Qafqaz Projesi" də daxildir. Burada Türkü inkar əsas strateji hədəf olaraq görülür. Son zamanlar çərkəz ssenarisi adı altında Qafqazda hansı hədəflərin oynanıldığını bizlər diqqətlə incələməkdəyik. Türkiyədə, Qərbdə, Orta Doğuda və Quzey Qafqazda "çərkəz masası" tamamilə antitürk ovqatı ilə körüklənməyə yönləndirilir. Atatürk: "Mənim ən böyük xislətim TüRK olaraq doğulmağımdır!" Qazi Mustafa Kamalın belə bir deyimi də var: "Bilincli insanın iradəsi sarsılmaz". Bu hədəfi uzaqgörənliklə böyük bir siyasi düstura çevirən Atatürk Cümhuriyyətin ilk illərindən başlayaraq ölkənin ağır durumda olmasına baxmayaraq, milli gəlirin böyük bir hissəsini təhsil, elm və mədəniyyətin inkişafına yönəldirdi. Türkiyənin bir dövlət olaraq bu günlərə qədər yaşamasının da əsas səbəblərindən biri budur. İndi bu hədəfi BOP planının tərkib hissəsi olaraq, Qərb çevrələri AKP iqtidarının xidməti adı altında nəzarətə almağa başlamışlar. Elə buna görə də türk milləti və türk dövlətinin başı üzərində "ağalar" dolaşmaqdadır. AKP dövlətin təməl prinsiplərini çökdürməklə siyasət-din-məhkəmə idarə etmə strategiyasını həyat normasına çevirməyə çalışır. 1923-cü ildən üzü bu yana Qərbin Türkiyədə zaman-zaman tətbiq etdiyi hədəflərin iflasa uğradılması yönündə "günahkarlar" tapılaraq onları məhkəmələr yolu ilə sorğulamağa başlamışlar. Adnan Menderesdən başlanılan antimilli siyasəti AKP irticası dəstəməklə ölkədə baş vermiş hərbi çevriliş yapanları bu gün ölkənin ən qatı caniləri qismində cəmiyyətə təlqin etməyə çalışır. Bununla da cəmiyyətin diqqətini tarixi keçmişə yönəltməklə, bu gün aparılan antimilli siyasətdən yayındırmaq üçün hərəkətə keçilmişdir. 18 mart 1915-ci ildə İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya və Yunanıstan Anadoluya yeni xaç yürüşünə çıxdıqları zaman tətbiq etdikləri siyasi, hərbi, ictimai strategiyanı bu dəfə AKP iqtidarının əli ilə bir qədər fərqli biçimdə həyata keçirirlər. Hətta baş nazir Rəcəb Tayyib Ərdoğan utanmadan "Türkiyə BOP strategiyasında əsas rol almış ölkələrdən biridir" deməklə həm özünü, həm də AKP irticasının gizli hədəflərini belə açıqlamışdır. Elə buna görə də Suriya, İraq, Əfqanıstan, İran, Liviya, Livan, Sudan və digər ölkələrdə antitürk siyasəti dalğalanmaqdadır. Halbuki Atatürkün dönəmində həmin dövlətlərdə Türkiyəyə yönəlik böyük bir sevgi var idi. çünki Türkiyə sömürgə siyasətini deyil, dostluq, barış və istiqrara önəm verirdi. AKP-ni təmsil edən gücü pul və vəzifə maraqlandırdığı üçün onlara məxsus şirkətlər həmin ölkələrdə milyonlarla pul qazanmaqla yerli xalqların fərqli bir biçimdə sömürgəyə məruz qoymuşlar. O da məlumdur ki, AKP-lilərə məxsus bütün maliyyə sektoru Qərbin bankları tərəfindən idarə olunur. AKP-nin nə qədər antimilli, antitürk olduğunu 2002-ci ildə iqtidara gəldikdən sonra bu günədək Türkiyədə PKK və digər militanlarla döyüşlərdə şəhid olanları heç zaman anmaması faktı heyrət doğurucudur. Fələstində, Suriyada, İraqda ölən terrorçuları cihada görə "şəhid" olanları isə hər gün təqdir etmişdir. çünki AKP-nin VƏTƏN qavramı yoxdur. Bu gün Mustafa Kamal Atatürk Türkiyəsinin qoruyucusu olan generalların hər 4 nəfərindən 1-i həbs olunmuşdur. Bununla da TSK-nın (Türk Silahlı Kuvetleri) bir güc olaraq zəiflədilməsi siyasəti aparılmaqdadır. Elə BOP liderlərinin də tək istəyi bundan ibarətdir. Atatürkün yadigarı olan TSK, sadəcə, Türkiyənin bütövlüyü, ölkənin milli mənfəətləri üçün yaradılmış və bu yöndə xidmət edirdi. AKP isə Türkiyəni və TSK-nı çökdürməklə ABŞ-NATO qılıncının altında onun və türkün milli kimliyini və mənliyini yox etməyə çalışır. Təriqəçi və məzhəbçi AKP-nin son hədəfi türk millətinin hər növ şərtlər altında onun varlığını yox etməyə çalışmasıdır. Atatürkün dövlətin təməl prinsiplər yönündə qurmuş olduğu dəyərləri belə yox etmək üçün fürsət gözləyir. AKP türk millətinin savadlı şəkildə milli iradəsinin inkişaf etməsindən qorxur. Buna görə də mövhumata üz tutub. AB, ABŞ və NATO-nun da istədiyi budur. Ənvər BöRüSOY, ekspert Geri dön |