Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında əməliyyat edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında əməliyyat edilib

Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında əməliyyat edilib


Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən unikal əməliyyat gerçəkləşdirilib.
Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, ağciyər damarlarının endarterektomiyası adlanan bu əməliyyat ölkəmizdə ilk dəfə həyata keçirilib. Qeyd olunub ki, dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərimiz tərəfindən uğurla həyata keçirilməsi Azərbaycan səhiyyəsinin son dövrlərdə əldə etdiyi nailiyyətlərdən biridir.
İnsan həyatı üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan bu əməliyyatın mahiyyətini açıqlayan Kamran Musayev bildirib ki, bu diaqnoz qoyulan xəstələr bu günə qədər dərmanla müalicə edilirdi və 5 il ərzində onların 90 %-i həyatını itirirdi: "Əməliyyat etdiyimiz xəstə, 27 yaşlı yeni ana olmuş bir qadın idi. Hamiləlik zamanı baldırlarında şişmə ilə həkimə müraciət edib. Baldır damarlarının trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayıb. Bu dəfə ona "Ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. 3 - 4 aylıq müalicədən fayda görməyən xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Xəstədə "xroniki tromboembolik ağcıyər hipertenziyası" diaqnozunu qoyduq".

Xəstənin əməliyyata qədərki müalicə prosesi barədə məlumat verən Dr. Kamran Musayev bu gün dünya praktikasında xəstəliyin yeganə müalicə yolunun cərrahi müdaxilə olduğunu və bu zaman xəstənin qan dövranının tam dayandırılmalı olduğunu bildirdi.
Həkim bildirib ki, əməliyyatdan 1 həftə sonra isə xəstə tam sağalma ilə evə yazılıb.
Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatı uğurla həyata keçirməkdən qürur duyduqlarını bildirən Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyə edib:
"Xüsusilə hamilələr, artıq çəkili insanlar, müəyyən qan xəstəliyi olan insanlar bu xəstəlik üçün risk qrupundadır. Ağciyər damarlarında tromb olan, ümumiyyətlə, venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Bu xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər də bu diaqnozu unutmamalıdır. Artıq respublikamızda da icra olunan bu əməliyyat ehtiyacı olan bütün xəstələrə məsləhət görülməlidir".

Geri dön