Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Sarkesiyan Nato samitindən qaçdı
Sarkesiyan Nato samitindən qaçdı |
Mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO sammiti çərçivəsində dövlət və hökumət başçılarının görüşü keçirilib. "AzərTAc" xəbər verir ki, dövlət və hökumət başçılarının görüşü Əfqanıstan məsələsinə həsr olunub. Azərbaycan prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunub. Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirdi ki, bu gün burada Əfqanıstan dövlətinin və əfqan xalqının gələcəyi müzakirə edilir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd edib ki, bu qüvvələr terrorla mübarizədə fəal rol oynayıb. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə və hərbçilərə həvalə olunması prosesi davam edir. ABŞ prezidenti Barak Obama da görüşdə çıxış edərək deyib ki, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirib. Prezident bildirib ki, alyansın iki il əvvəl Lissabon samitində qəbul olunmuş qərarına əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanıb. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər. Prezident İlham Əliyev də görüşdə çıxış edib. Dövlət başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulayıb. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən prezident bildirdi ki, ölkəmiz Əfqanıstanda öz hərbiçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda Azərbaycan əfqan hərbiçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir. Prezident deyib ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Bununla da NATO sammiti başa çatıb. Sammit zamanı bir sıra mühüm sənədlər və bəyanatlar qəbul edilib. Yekun bəyannamədə Gürcüstanın NATO-ya qəbulunun dəstəklənməsi təsdiqlənib, Tiflislə alyansın əməkdaşlığına yüksək qiymət verilib. Sammit iştirakçıları növbəti dəfə bildiriblər ki, onların yaratdıqları RƏM sistemi Rusiyaya qarşı yönəlməyib və onun “nüvə sipəri” üçün təhlükə deyil. Dünən məlum olub ki, Ermənistan prezidenti Serj Sərkisyan NATO-nun Çikaqo sammitinə regional münaqişələrin həllinə dair müddəaların yer aldığı tədbirin yekun bəyannaməsi ilə razılaşmadığı üçün qatılmayıb. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsindəki bəzi müddəaların İrəvan üçün qəbuledilməz olduğunu açıqlayıb. Çikaqonun erməni icması ilə görüşən xarici işlər naziri Edvard Nəlbandyan bildirib ki, yekun bəyannaməyə Cənubi Qafqaz və Moldovada münaqişələrin həllinə dair daxil edilmiş müddəalar ATƏT-in Minsk Qrupu həmsədrlərinin yanaşmaları ilə ziddiyyət təşkil edir. “Bu fikirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son illər verilən bəyanatlarla uyğun gəlmir. Bu, təkcə danışıqlar prosesinə mənfi təsir göstərmir, həm də Azərbaycanın hərbi xərcləri inanılmaz dərəcədə artırması fonunda regionda onsuz da kövrək olan situasiyanı təhdid edir”. Xatırladaq ki, NATO-nun Çikaqo sammitinin Yekun Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin alyans üçün narahatlıq doğurmaqda davam etdiyi bildirilir, münaqişə tərəfləri konstruktiv mövqe və siyasi iradə nümayiş etdirməyə çağırılır və NATO-nun Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə dəstək verdiyi bildirilir. Mayın 21-də Çikaqoda prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Devid Kemeronun görüşü olub. APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf səviyyəsindən məmnunluq bildirilib, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub. Ölkələr arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə bp şirkəti ilə birgə səylər nəticəsində “Cənub” dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulanıb. Bundan əlavə, Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığa böyük əhəmiyyət verildiyi qeyd edilib. Görüşdə tərəflər arasında bir sıra regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Geri dön |