Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Kristian Vigeninlə görüşdə etdiyi çıxış
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin Kristian Vigeninlə görüşdə etdiyi çıxış

Fərəc Quliyevin Kristian Vigeninlə görüşdə etdiyi çıxış


ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil ounan siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilib. Görüşdə iştirak edən edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin etdiyi çıxışın mətnini və səs yazısını təqdim edirik:

"Hörmətli Cənab Vigenin, Azərbaycana xoş gəlmişsiniz!
Mən sizin mövqeyinizi 3 iyulda keçirdiyiniz görüşlərdən, həm Vyanada keçirdiyiniz görüşlərdən, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri və katibləri ilə görüşlərdən bilirəm. Keçən dönəm Avronest Parlament Assambleyasında mən sizə məktub yazdım və sizin mənə yazdığınız cavabdan sonra mövqeyinizi və dünyagörüşünüzü oradan da bilirəm. Qarabağ problemi adlandırılan, Ermənistan-Azərbaycan müharibəsi daha çox iki dünyagörüşünün savaşıdır.Yeni imperiya siyasəti yürüdən Rusiya maşa kimi Ermənistandan istifadə edir. Biz isə əks tərəfdə Yeni Dünya Düzəni quran tərəfdə və demokratik rejimlərin olmasında, bəşəriyyətin təhlükəsizliyini təmin edən tərəfdəyik. Bizim üçün çox təəccüblüdür ki, biz ədalətli tərəfik, ərazilərimiz işğal olunub. Amma sizin də son bəyanatınızda o səsləndiki biz siyasi iradəmizdən istifadə edib tərəfləri bir araya gətirərək barış əldə edək. Bizim qarşımızda bərabərlik işarəsi qoyulub, bu doğru deyil, məncə. Bizi Şərq Tərəfdaşlığında əməkdaşlığa çağırırlar amma bizim bir milyona qədər insanın hüququ pozulub, öldürülüb, soyqırım olub və bugün də 20 % ərazimiz işğal altındadır. Belə bir vəziyyətdə biz Ermənistan tərəfi ilə nə cür əməkdaşlıq edə bilərik ?
Avropa təsisatlarının son çağırışında bizə bir nəfərin məhkəmə hökmünə görə sanksiya tətbiq olunmasını deyirlər amma məhkəmə hüquqlarına, məhkəmənin gedişatına və onun verdiyi qərarlara kimsə müdaxilə edə bilməz. Amma Avropa təsisatları bizi 46-cı maddə ilə hədələyirlər, amma 1 milyon insanın hüququnu pozan Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur? Mən hesab edirəm ki, siz bu işi çox gözəl bilən adam kimi və obyektiv siyasi iradənizin də olmasını nəzərə alaraq bütün təsisatlara və bütün diplomatik nümayəndələrə Ermənistana artıq açıq şəkildə sanksiyaların tətbiq olunması ilə bağlı çağırışlar edəcəksiniz. Bu çağırışın vaxtıdır və biz bu ümiddəyik. Bu malalama siyasəti Rusiyanın xeyrinə işləyir və yaxın zamanlarda burdakı gestablizasiya Cənubi Qafqazdakı bütün dünyanı və bölgəni əhatə edə bilər, bunu da nəzərə almaq lazımdır.
Təşəkkür edirəm."


Geri dön