Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İmmuniteti möhkəmləndirən 5 ƏN SINANMIŞ VASİTƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İmmuniteti möhkəmləndirən 5 ƏN SINANMIŞ VASİTƏ

İmmuniteti möhkəmləndirən 5 ƏN SINANMIŞ VASİTƏ


Havalar soyuduqca immun sisteminin möhkəmləndirilməsi olduqca aktual məsələyə çevrilir.

Bəzi çox sadə vasitələr bizə immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və qripp xəstəliklərinə tutulmamağa və ya bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.

Sizə ən sınanmış vasitələri təqdim edirik:

1. Arıçılıq məhsulları (bal, bərəmum, arı südü və s.). Bütün bu məhsullar immun sitemini çox yaxşı möhkəmləndirir və stimullaşdırır.

2. Süd məhsulları. Bağırsaqların mikroflorasının vəziyyəti immun siteminin səviyyəsi ilə sıx bağlıdır. Bağırsaq problemləri (ishal, qəbizlik, disbakterioz və s.) olan insanda immunitet aşağı səviyyədə olur. Bu səbəbdən bağırsaqların normal fəaliyyətini təmin etmək olduqca vacibdir. Bu işdə ən yaxşı köməkçimiz süd məhsullarıdır.

3. Exinaseya bitkisi. Bu bitkinin immun sistemini möhkəmləndirmək xüsusiyyətləri tibdə öz təsdiqini tapıb. Bu səbəbdən exinaseya immuniteti möhkəmləndirmək üçün olan çoxsaylı vasitələrin (damcılar, həblər və s.) tərkibinə daxil edilir.

4. Zəncəfil. Bu möcüzəli bitki də immun sistemini effektli şəkildə stimullaşdırır.

5. Aloe vera. Bu biki və onun şirəsi tibdə güclü immunostimulyator kimi tanınır və həm ənənəvi, həm də xalq təbabətində geniş istifadə olunur.

Geri dön