Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > LAYİHƏ -Şakir Ulubəyli
LAYİHƏ -Şakir Ulubəyli |
MİLLİ STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ (QHT)
NATİONAL CENTER FOR STRATEGİC STUDİES (NGO) (Azərbaycan dövləti ilə İran dövləti arasında münasibətlərə aid tövsiyyələr) 1828-ci il 10 Fevral-da Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalanmış və Azərbaycan iki imperiya tərəfindən bölünmüşdür.Bu günə qədər şimala Rusiya nəzarət edir,cənub isə teokrartik İran imperiyasının əsarətindədir. Əlli milyona yaxın Azərbaycan Türkü, birlikdə milli müqəddaratını bu iki dövlət tərəfindən edilən təzyiqlər nəticəsində müəyənləşdirə bilməmişdir. Rusiya daima Şimali nəzarətdə saxlamqla demokratik bir dövlətin qurulmağına imkan verməyərək.,ermənilərin əli ilə torpaqları işğal etməklə dövlət müstəqilliyinə daima təzyiqlər göztərir,və cənubi Azərbaycanla hər hansı bir birləşmənin qarşısını almaq üçün İran dövləti ilə daima bu məsələdə bir gə əməli fəaliyyət göstərir. Azərbaycan Türklərinə qarşı illərdir genosid siyasəti aparan Tehran Fars rejimi,son günlər bu istiqamətdə represiyaları daha da kəskinləşdirmişdir. Özünün terorçu mahiyyətini gizlədə bilməyən teokratik Tehran hökümətinin sonu gəlmişdir. Tərəqqipərvər dünya üçün son dərəcə təhlükəli olan İran dövləti son günlər,səfirliklərə qarşı vəhşiliklər törətməklə, dünyanın demokratik dövlətləri ilə hesablaşmayacağını bəyan etmiş, qonşu dövlətləri, əsasən Türkiyə və Azərbaycanı təhdid etməkdən belə çəkinməmişdir İranda,millətdaşlarımızın həyatı təhlükə qarşısındadır və Azərbaycan hakimiyyəti bunun üçün məsuliyyət daşıyır. Azərbaycan Türkləri hesab edir ki, Azərbaycan dövləti,bütün Azərbaycan Türklərinin yeganə dövləti olduğu üçün,Azərbaycan Türk millətinin,bundan sonrakı milli təşəbbüslərində bir dövlət institutu kimi çıxış etməkdə özünü səlahiyyətli hesab etməlidir. Azərbaycan dövləti, Amerika, Avropa birliyi dövlətləri,Birləşmiş Millətlər Təşkilatı və dünyanın bütün demokratik təşkilatları qarşısında Azərbaycan Türk millətinin məsuliyyətini üzərinə götürməli, bir dövlət təşkilatı kimi çıxış etməlidir. Qonşuluq və əməkdaşlıq münasibətlərini daima pozan və Azərbaycana öz məkrli siyasətini diqtə etməyə çalışan,onun dövlət müstəqilliyni təhdid edən,İran dövləti ilə münasibətlərin hər hansı formada davam etdirilməsinin mümkün olmadığını nəzər alıb Azrbaycan hakimiyyəti aşağıdakı,tədbirləri görməsi vacibdir. 1.Azərbaycan hakimiyyəti,Birləşmiş Millətlər Təşkilatına,Iranda yaşayan otuz beş milyon Azərbaycan Türkünün millət olaraq təyini müqəddarat hüququnun tanınması,və Azərbaycanın ikiyə bölünməsi haqda məsələni gündəliyə çıxarmaq üçün hüquqi sənədləri hazırlanmasına qərar verməldir. 2. Azərbaycan hakimiyyəti, Amerika dövlətinə və dünya dövlətlərinə ona İran tərəfdən hərbi müdaxilə təhlükəsinin olmasını nəzərə alıb, Azərbaycan dövlətinin müdafiəsi ilə bağlı müraciət etməlidir. Hava,dəniz və quru hissələrdə mövcud təhlükənin öncələnməsi üçün həmin sahələrdə uyğun qoşun növlərinin yerləşdirlməsinə qərar verilməlidir.(təhdidlərin forması İran rəsmilərinin bəyanatları,terror çağırışları,və iran agenturasının respublika zərərsizləşdirlən şəbkələri) 2.Bütün diplamatik münasibətlər kəsilməli və İranda olan Azərbaycan səfiri,və konsul geri çağrılmalıdır. 3.Sərhədlərin müdafiəsi gücləndirilməli,gediş-gəliş məhdudlaşdırılmalıdır. 4.İran adlanan dövlətin,əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan Türklərinin öz əzəli torpaqlarında millətlərin öz müqəddarartını təyin etmə haqqının Azərbaycan dövləti tərəfindən tanındığını bəyan etmək. 5. Azərbaycan hökümətinin sərənacmı ilə,Azərbaycan da fəaliyyət göstərən bütün İran şirkətləri öz fəaliyyətini dayandırmalı və ölkəni tərk etməlidir. 6.Cənubi Azərbaycan dövlətini idarə edəcək hökümətin formalaşmağına imkan yaradılmalı və müvəqqəti hökümətin qurulmasına başlanılmalıdr. 7.Cənubi Azərbaycan müvəqqəti hökümətinin, İranın gələcək hakimiyyəti kimi,beynəlxalq aləmə təqdim edilməlidir. Bu müddəaların hər biri ayrı-ayrılıqda müzakirə olunması üçün təqdim edilir.Hər bir bəndə əlavələr və yeni bəndlərin daxil edilməsi üçün açıqdır. İrandan təhlükə realdır və hər dəqiqə biz onun baş verəcəyinə hazır olmalıyıq. Geri dön |