Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan “Kürdüstan” ərazisi kimi göstərildi-sərt reaksiyalar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Naxçıvan “Kürdüstan” ərazisi kimi göstərildi-sərt reaksiyalar

Naxçıvan “Kürdüstan” ərazisi kimi göstərildi-sərt reaksiyalar


Fərəc Quliyev: “XİN-in ən sərt formada reaksiyasının tərəfdarıyam”

Sərdar Cəlaloğlu: “Naxçıvanda cəmi 60-70 nəfər kürd var”

Şimalı İraq Kürd Muxtariyyətının lideri Məsud Bərzaninin kanalı olan Rüdav TV Naxçıvan Muxtar Respublikasının bir hissəsini "Kürdüstan"ın ərazisi kimi təqdim edib.

Kanal mövcud olmayan “Kürdüstan”ın xəritəsini təqdim edərək hava durumu haqqında məlumat yayımlayıb. Maraqlı olan məqam isə sözügedən xəritədə sarı rəngdə görünən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəd hissəsi qondarma respublikanın tərkib hissəsi hesab edilib.

Bununla bağlı XİN-in dəfələrlə mövqeyini öyrənməyə cəhd etsək də, mümkün olmadı. Telefonlarımıza cavab verilmədi.
Naxçıvandan olan tanınmış siyasətçilərin məsələyə münasibətlərini öyrəndik.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, buna hamılıqla reaksiya verilməlidir: “Məsud Bərzaninin keçirdiyi referenduma, onun iddialarına heç vaxt biganə qala bilmərik. Çünki türk dünyasının üzərinə hissə-hissə gedib, onu məhv etmək projesi var. İki əsr əvvəlki Şərq məsələsi indi başqa formada zühur edib. Azərbaycanın Xarici İşlər Nazirliyi ən sərt formada buna reaksiya verməlidir. Hətta yanlış olaraq bir xəritədə, verilişdə belə ərazimizə qarşı müdaxilə etmək halı olarsa, mütləq notalar verilməli, cavab istənilməlidir. Bu baxımdan XİN-in ən sərt formada reaksiyasının tərəfdarıyam. Biz Bərzaninin Türkiyə hədələrinə, qardaş ölkə üçün yaranan təhlükələrə, eləcə də, gələcəkdə bizi də gözləyəcək təhlükələrə qarşı ayaqda olmalıyıq. Heç nədən çəkinmək lazım deyil. Biz burada qardaş ölkə ilə çiyin-çiyinə olmalıyıq. Digər türk dövlətlərini də bura cəlb etməliyik. Bu separatizmi yerindəcə boğmalıyıq. Əks halda gələcəkdə böyük zərərləri ola bilər”.

ADP sədri Sərdar Cəlaloğlu da məsələyə sərt münasibət sərgilədi: “Naxçıvanlı kimi münasibət bildirmirəm, bir siyasi partiyanın lideri kimi Azərbaycanın bütün yerləri vətənimdir. Naxçıvanda cəmi 60-70 nəfər kürd var. Əgər Bərzani bu ərazini özününkü kimi qələmə verirsə, demək, onun planlarında Cənubi Azərbaycanın və Türkiyənin böyük bir hissəsi var. Faktiki olaraq, Bərzani Türkiyə, İraq və İranla yanaşı, Azərbaycan torpaqlarına da iddia edir. Bu çox təhlükəli və qorxulu bir siyasətdir. Azərbaycan hökuməti buna qəti şəkildə münasibət bildirməlidir. Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri açıq şəkildə referendumu dəstəkləyir, lazım gələrsə Azərbaycan pasportunu yandıracağını, ölkəni tərk edəcəyini deyir. Separatçı qüvvələr Azərbaycanda kök salıb, özlərinə yer tutublar. Azərbaycan pasportunu hər an cırmağa hazır olan bir şəxs necə o postda təmsil oluna bilər? Hakimiyyətdə bu tipli şəxslər çox təmsil olunduqlarından milli maraqların pozulmasına reaksiyalar zəif olur. Azərbaycan nəinki Naxçıvanın kürd torpaqları kimi təqdim olunmasına etiraz etməlidir, həm də qondarma referenduma sərt reaksiya verməli, qurulacaq dövlətə qarşı çıxmalıdır. Hətta Türkiyə və İran qoşunları ilə birlikdə İraqa da qoşun yeritməliyik. Çünki Bərzani həm də Azərbaycan torpaqlarına iddia edir. İstənilən vaxt öz çirkin niyyətini açıq şəkildə bəyan edə bilər. Kürdlərin əraziləri olmayıb. Vaxtilə Diyarbəkir Ağqoyunlu dövlətinin paytaxtı olub. Onların iddialarını irəli sürdükləri torpaqlar tarixən bizim olub. Kürdlər oturaq həyat tərzi keçirməyiblər. Bir çox ölkələrin ərazilərinə yayılmaları da bununla bağlıdır. O ərazilərin kürdlərə aidi olmadığını Azərbaycan açıq şəkildə bildirməlidir. Biz Şimalı İraqda yaranan kürd dövləti ilə barışmamalıyıq. Bir dövləti yaratmaq üçün 6 dövləti parçalamaq olmaz. Bunun kürd xalqına da heç bir xeyri yoxdur”.

Cavanşir ABBASLI,

Musavat.com

Geri dön