Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədrinə etiraz məktubu göndərib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədrinə etiraz məktubu göndərib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədrinə etiraz məktubu göndərib


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsa məktub göndərib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məktubda Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” qətnamə ilə əlaqədar təəssüf və narahatlıq ifadə edilib.
Məktubda Azərbaycanın insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində atdığı addımlar, qəbul etdiyi qanunlar, bu sahədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq etdiyi xatırladılıb: «Baş verən ayrı-ayrı halları ümumiləşdirərək, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi məsələlərə birtərəfli yanaşmanı nümayiş etdirir. Bütün bunları nəzərə aldıqda, Avropa Parlamentinin son qətnaməsi ümumi ruhuna və mətninə görə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən işlərin üstündən xətt çəkmək cəhdi kimi qiymətləndirilə bilər».
Milli Məclis sədri qeyd edib ki, qətnamənin bu şəkildə qəbul edilməsinin başlıca səbəblərindən biri müzakirələrdə Azərbaycan tərəfinin arqumentlərinin nəzərə alınmaması, dəqiq olmayan və yoxlanılmamış məlumatların əsas götürülməsi olub.
O. Əsədov, həmçinin əlavə edib ki, Azərbaycan bir tərəfdən, ərazilərinin 20 faizini işğal etmiş Ermənistanla hərbi qarşıdurma və faktiki müharibə vəziyyətindədir, digər tərəfdən cənubdan İslam fundamentalizmi təhlükəsi getdikcə güclənir: «Belə bir şəraitdə Avropa Parlamentinin ikili standartlara əsaslanan, islamofobiya əlamətləri açıq-aşkar sezilən, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn bu cür qərəzli qətnamə qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salır və Avropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır».

Geri dön