Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xərçəngdən qorunmaq istəyənlər oxusun!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Xərçəngdən qorunmaq istəyənlər oxusun!

Xərçəngdən qorunmaq istəyənlər oxusun!


Arizona Universiteti (ABŞ) alimləri bəyan ediblər ki, sağlam həyat tərzi insanları bir çox xərçəng xəstəliklərindən qoruya bilər.

Alimlər 10 il ərzində keçirilmiş 12 araşdırmanın nəticələrini təhlil ediblər.

Ümumdünya xərçəng tədqiqatı fondu xərçəngin qarşısını almaq üçün müəyyən tövsiyələr hazırlayıb. Bu tövsiyələr arasında:

- hər gün ən azı 30 dəqiqə ərzində idmanla məşğul olmaq. Yalnız bu qaydaya əməl edən insanlar 13 xərçəng növünün inkişafı riskini azaldır.

- bədən çəkisinə daim nəzarət etmək

- spirtli içkiləri qəbul etməmək

- yüksəkkalorili qidalardan və şəkərlə zəngin olan içkilərdən imtina etmək

- qidalanmada duzun və qırmızı ətin miqdarını azaltmaq

- qidalanmada təzə meyvə-tərəvəzin, paxlalıların (lobya, mərci, noxud və s.), yarmaların (arpa, yulaf, düyü və s.) miqdarını artırmaq.

Araşdırmalar göstərib ki, bu sağlam həyat tərzi qaydalarına əməl edən insanlarda, məsələn, süd vəzi və endometrium (uşaqlığın daxili qatı) xərçənginin riski 60% qədər, düz bağırsağın riski 52% qədər azalır və s.

Təbii ki, bu qaydalar insanları xərçəng xəstəliyinin inkişafından tam sığortalaya bilməz. Bu xəstəliklərin inkişafında genetik faktorlar da böyük rol oynayır. Lakin hətta "pis" genetikası olan sağlam həyat tərzi tərəfdarlarında xərçəngin inkişafı riski 45% qədər azalır.

Medical Daily xəbər verir ki, xərçəng xəstəliklərinə tutulmuş sağlam həyat tərzi tərəfdarlarında bu xəstəlikdən ölüm halları 61% qədər daha azdır.

Bundan əlavə sağlam həyat tərzi qaydalarına əməl edən insanlarda tək xərçəngin inkişafı riski deyil, bir çox digər xəstəliklərin inkişafı riski xeyli azalır.

Geri dön