Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin interfax agentliyinə MÜSAHİBƏSİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin interfax agentliyinə MÜSAHİBƏSİ

MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin interfax agentliyinə MÜSAHİBƏSİ


KTMT Dağlıq Qarabağ münaqişəsinə qarışmaq hüququna malik deyil
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ ətrafında mümkün müharibəyə qarışmamalıdır. Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə üzrə parlament komitəsinin üzvü Fərəc Quliyev bəyan edib.
“Əgər Azərbaycan dövlət sərhədlərindən kənat çıxmamaq şərti ilə öz torpaqlarını azad etməyə qərar verərsə, bu halda Rusiya və bütovlükdə KTMT işğalçıya (Ermənistana) yardım göstərməməlidiR”, - deyə F.Quliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bu günlərdə KTMT-nin birinci katibi Nikolay Bordyujeyin Ermənistana qarşı hər hansı hərbi müdaxilə olarsa, KTMT İrəvana kömək göstərəcəyi barədə bəyanatlarını şərh edərək parlament üzvü qeyd edib ki, vəziyyətin bu cür inkişafı beynəlxalq hüququn bütün prinsiplərinə zidd olacaq. “Çünki, işğal ediən torpaqların azad olunması Azərbaycanın haqqıdır”, - deyə parlament üzvü qeyd edib.
F.Quliyev hesab edir ki, Azərbaycanın öz ərazi bütövlüyünün təminatı üzrə hərbi əməliyyatlara başlayacağı zaman KTMT bu münaqişəyə qarışmaq hüququna malik deyil. “Azərbaycan dünya ictimaiyyəti, həmçinin KTMT-nin bütün üzvləri tərəfindən, Ermənistandan istisna olmaqla tanınan ərazisi çərçivəsində hərbi əməliyyatlar aparacaq. Bundan başqa, hesab edirəm ki, ümumi fikir olmadığına görə, KTMT Ermənistana yardım etmək barədə qərar qəbul edə bilməyəcək”, - deyə F.Quliyev bəyan edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.

ОДКБ не имеет право вмешаться в карабахский конфликт – азербайджанский парламентарий

Организация Договора о коллективной безопасности (ОДКБ) не должна вмешиваться в возможную войну вокруг Карабаха, заявляет член парламентского комитета Милли меджлиса (парламента) Азербайджана по обороне и безопасности Фарадж Гулиев.

«Россия, и в целом ОДКБ, не должна оказывать помощь оккупанту (Армении), если Азербайджан решить освободить свои земли с условием того, что при этом не выйдет за пределы своих государственных границ», - заявил Ф.Гулиев агентству «Интерфакс-Азербайджан».

Комментируя высказанные на днях генеральным секретарем ОДКБ Николаем Бордюжей слова о том, что в случае какого-либо военного вмешательства против Армении, ОДКБ окажет свою помощь Еревану, парламентарий отметил, что такое развитие ситуации будет противоречить всем принципам международного права. «Так как, освобождение оккупированных земель является правом Азербайджана», отметил парламентарий.

Ф.Гулиев считает, что ОДКБ в случае начала Азербайджаном военных действий по обеспечению своей территориальной целостности не может и не имеет право вмешиваться в этот конфликт. «Азербайджан будет вести боевые действия в рамках своей территории, признанной мировым сообществом, в том числе, и всеми членами ОДКБ, кроме Армении. Кроме того, считаю, что ОДКБ из-за отсутствия единого мнения не сможет принять решения по оказанию помощи Армении», заявил Ф.Гулиев.

Конфликт между Баку и Ереваном разгорелся в конце 1980-х годов с территориальных притязаний Армении к Азербайджану. В результате последовавшей войны, продлившейся до мая 1994 года, Армения оккупировала не только сам Нагорный Карабах, но и семь азербайджанских районов вокруг него. В результате этих событий около 1 млн азербайджанцев стали беженцами и вынужденными переселенцами.

В период боевых действий в Карабахе и прилегающих районах Совет Безопасности ООН принял четыре резолюции по освобождению оккупированных азербайджанских территорий. В настоящее время между сторонами соблюдается режим прекращения огня и ведутся переговоры по урегулированию конфликта при посредничестве Минской группы ОБСЕ. Сопредседателями МГ ОБСЕ являются Россия, Франция и США.

Geri dön