Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi, Özəl xəbər > Azərbaycan Demokratik Respublikası 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir.
Azərbaycan Demokratik Respublikası 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. |
ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. 30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir. 4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb 17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub 24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi 26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə ("Qafqaz İslam Ordusu") Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəyMehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. 27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti "Dövlət dili haqqında" qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub 2 iyul 1918 – Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. 10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər 15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart "Soyqırımı günü" elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi 20 iyul 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik "Bakı Kommunası" qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı 6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, "Müsavat" fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi 1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür. 28 may 1919 – Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib 16 iyun 1919 – Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi ƏRAZİSİ İnzibati-ərazi vahidləri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqmda ilk dəfə Istiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəceyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər. Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanm Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridirilməsine qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq Istanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-'Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla apardıqlan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı. Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan – təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu. Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azerbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı. ƏHALİSİ Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarət olub. Görkəmli dövlət xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin birinci bayrağı Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşov Fətəli xan Xoyski Nəsib bəy Yusifbəyli Əhməd bəy Pepinov Camo bəy Hacınski Xudadad bəy Məlikaslanov Əkbər ağa Şeyxülislamov Məmməd Yusif Cəfərov Xosrov bəy Sultanov Xəlil bəy Xasməmmədov İstiqlal Bəyannaməsi Azərbaycan Demokratik Respublikası Parlamentinin birinci iclası, 1918-ci il İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur. Azərbaycan hökümətinin tərkibi I kabinə: 28.05.1918 – 17.06.1918 Nazirlər Şurasının sədri və daxili işlər naziri – F.Xoyski (bitərəf). Hərbi nazir – X.SuItanov (müsavat). Xarici işlər naziri – M.H.Hacınski (müsavat). Maliyyə və xalq maarifi naziri – N.Yusifbəyli (müsavat). Ədliyyə naziri – X.Xasməmmədov (müsavat). Ticarət və sənaye naziri – M.Y.Cəfərov (bitərəf, sonra -müsavat). Əkinçilik və əmək naziri – Ə.ġeyxülislamzadə (Hümmət). Yollar, poçt və teleqraf naziri – X.Məlikaslanov (bitərəf). Dövlət müfəttişi – C.Hacınski (sosialist). [redaktə]II kabinə: 17.08.1918-07.12.1918 Nazirlər Şurasının sədri və ədliyyə naziri – F.Xoyski (bitərəf). Xarici işlər naziri – M.Hacınski (müsavat). Xalq maarifi və dini etiqad naziri – N.Yusifbəyli (müsavat). Daxili işlər naziri – B.CavanĢir (bitərəf). Əkinçilik naziri – X.Sultanov (müsavat). Səhiyyə və sosial təminat naziri – X.Rəfibəyli (bitərəf). Yollar naziri – X.Məlikaslanov (bitərəf). Ticarət və sənaye naziri – A.AĢurov (bitərəf). Maliyyə naziri – Ə.Əmircanov (bitərəf). Portfelsiz nazir – Ə.M.TopçubaĢov (bitərəf). Portfelsiz nazir – M.Rəfiyev (müsavat). Portfelsiz nazir – X.Xasməmmədov (müsavat). [redaktə]06.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra Nazirlər Şurasının sədri – F.Xoyski (bitərəf). Ticarət, sənaye və daxili işlər naziri – B.CavanĢir (bitərəf). Xarici işlər naziri – Ə.M.Topcubaşov (bitərəf). Maliyyə naziri – M.H.Hacınski (müsavat). Xalq maarifi naziri – N.Yusifbəyli (müsavat). Yollar naziri – X.Xasməmmədov (bitərəf) Əkinçilik naziri – X.Sultanov (müsavat). Xalq səhiyyəsi naziri – X.Rəfibəyli (bitərəf) Poçt-teleqraf naziri – A.Aurov (bitərəf) Sosial təminat və dini etiqad naziri – M.Rəfiyev (müsavat) Hərbi işlər üzrə müvəkkil – G.Ziyadxan (bitərəf) Dövlət müfəttişi – Ə.Əmircanov (bitərəf). [redaktə]III kabinə: 26.12.1918 -14.03.1919 Nazirlər Şurasının sədri və xarici xarici işlər naziri – F.Xoyski (bitərəf). Daxili işlər naziri – X.Xasməmmədov (müsavat) Maliyyə naziri Ġ.Protasov (Slavyan-Rus Cəmiyyəti) Yollar naziri – X.Məlikaslanov (bitərəf) Ədliyyə naziri – T.Makinski (?) Maarif və dini etiqad naziri – N.Yusifbəyli (müsavat) Poçt-teleqraf və əmək naziri – A.Səfikürdski (sosialist) Hərbi nazir – S.Mehmandarov (bitərəf) Sosial təminat naziri – R.Xoyski (bitərəf) Xalq səhiyyəsi naziri – Y.Gindes (Slavyan-Rus cəmiyyəti) Ticarət və sənaye naziri – M.Əsədullayev (bitərəf) Dövlət müfəttişi – M.H.Hacınski (16.01.1919 tarixindən – Ə.Həsənov) Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus cəmiyyəti) Əkinçilik naziri – X.Sultanov (müsavat) [redaktə]IV kabinə: 14.03.1919-22.12.1919 Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli (bitərəf) Maliyyə naziri – Ə.Həsənov (bitərəf) Ticarət və sənaye naziri – A.Əminov (bitərəf) Xarici işlər naziri – M.Y.Cəfərov (müsavat) Yollar naziri – X.Məlikaslanov (bitərəf) Poçt-teleqraf naziri – C.Hacınski (sosialist) Hərbi nazir – S.Mehmandarov (bitərəf) Sosial-təminat naziri – V.Klenevski (Slavyan-Rus cəmiyyəti) Səhiyyə naziri – A.Dastakov (?) Maarif və dini etiqad naziri – R.Kaplanov (əhrar) Əkinçilik naziri – A.QardaĢov (əhrar) Portfelsiz nazir – X.Amaspür (daşnaksütun) Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat) Ədliyyə və əmək naziri – A.Səfikürdski (sosialist) Sonralar daxili işlər naziri – X.Xasməmmədov (müsavat) [redaktə]V kabinə: 24.12.1919 – 01.04.1920 Nazirlər Şurasının sədri – N.Yusifbəyli (müsavat) Xarici işlər naziri – F.Xoyski – (bitərəf) Hərbi nazir – S.Mehmandarov (bitərəf) Daxili işlər naziri – M.H.Hacınski (18.02.1920-dən sonra M.Vəkilov) (birincisi əvvəl müsavat, sonra kommunist M.Vəkilov – müsavat) Ədliyyə naziri – X.Xasməmmədov (müsavat) Maliyyə naziri – R.Kaplanov (əhrar) Maarif və dini etiqad naziri – H.ġaxtaxtinski (05.03.1920-dən sonra Şahsuvarov, hər ikisi – ittihad) Əmək və əkinçilik naziri – Ə.C.Pepinov (sosialist) Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir – X.Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski) Poçt-teleqraf naziri – C.Hacınski (sosialist) İctimai təminat və səhiyyə naziri – M.Rəfiyev (müsavat) Dövlət müfəttişi – H.Məmmədbəyov (ittihad). Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Tərkibi Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov Sədrin I müavini – Məmməd Yüsif Cəfərov Sədrin Müavini – Sultan Məcid Qənizadə (Qəniyev) Parlamentin baş katibi – Bağır bəy Rzayev Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı I Müsavat və Birtərəflər fraksiyası Məhəmməd Əmin Rəsulzadə Həsən bəy Ağayev Nəsib bəy Yusifbəyli Xəlil bəy Xasməmmədov Məhəmməd Həsən Hacınski Abbasqulu Kazımzadə Musa bəy Rəfizadə Cavad bəy Məlikyeqanlı Mehdi bəy Hacınski Mehdi bəy Hacıbababəyov Rəhim bəy Vəkilov Şəfi bəy Rüstəmbəyli Hacı Səlim Axundzadə Mustafa Mahmudov Asəf bəy Şıxəlibəyov Abuzər bəy Rzayev Əhməd Həmdi Qaraağazadə Ağa Əminov Nəriman bəy Nərimanbəyli Mirzə Sadıx Axundzadə Müseyib bəy Axıcanov Mustafa Vəkilov Məmməd Bağır Şıxzamanov Məmməd Əli Rəsulzadə Murtuza Axundov Rza bəy Axundov Məmməd Rza Vəkilov Cəlil bəy Sultanov Əşrəf Tağıyev Məmməd Yusif Cəfərov Mirzə Əsədullayev Yusif Əhmədzadə Baxış bəy Rüstəmbəyov Fətəli Xan Xoyski Ağa bəy Səfərəliyev Əsədulla Əhmədov Ağa Aşurov Qulamhüseyin bəy Kazımbəyov II İttihad fraksiyası Qara bəy Qarabəyli Mir Yaqub Mehdiyev Qazı Əhməd bəy Məmmədov Cəmil bəy Ləmbəranski Bəhram bəy Vəzirov Sultan Məcid Qənizadə Həmdulla əfəndi Əfəndizadə Zeynal bəy Vəzirov Heybətqulu bəy Məmmədbəyli Əli bəy Zizinski Qra bəy Əliverdilər Əsəd bəy Əmirov İsgəndər bəy Axundov III Əhrar fraksiyası Aslan bəy Qardaşov Hacı molla Əhməd Nuruzadə Muxtar əfəndi Əfəndizadə Qərib Kərimoğlu Bayram Niyazi Kiçikxanlı IV Sosialistlər fraksiyası Səməd ağa Ağamalıoğlıu Əli Heydər Qarayev Qasım bəy Camalbəyov Hacı Kərim Sanılı Əhməd bəy Pepinov Camo bəy Hacınski Rza bəy Qaraşarlı Aslan bəy Səfikürdlü İbrahim Əbilzadə Bağır Rzayev Vladislav Bakradza Əkbər Şeyxulislamzadə İbrahim İsmayılzadə V Bitərəflər Bəhram bəy Axundov Behbud bəy Cavanşir Əbdüləli bəy Əmircanov VI Müstəqillər Əli Mərdan bəy Topçubaşov Səməd bəy Mehmandarov Xudadat bəy Məlikaslanov Bababəy Qəbulzadə VII Sol müstəqil Abdulla bəy Əfəndizadə VIII Slavyan – Rus İttifaqı fraksiyası Viktor Klanevski Basili Kravcenko Cerqey Remizov Fyodor Kotılevski IX Milli azlıqlar fraksiyası Lorens Kun Moisey Quxman Stanislav Vonsovic Vasil Kujim X Erməni fraksiyası Arşak Paronyan Yervan Taqionosov İsaq Xocayev Stepen Toqionosov Georgi Şahnazarov XI Daşnaksütyun fraksiyası Arşak Malxazyan Xoren Amaslür Poqos Cubarlı Abqar Papyan Aleksandr Ter-Azeryan Bogdan Balayans İSLAHATLARI Vicdan azadlığı Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı. Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi. İlk dəfə Azərbaycan Demokratik Respublikasının suverenliyinin elan edildiyi binaya vurulan lövhə, Tiflis Molla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə o demişdir: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır". Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atırdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: "Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir". 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi. Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır. 27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı. Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Xarici ölkələrin ADR-də yerləşən nümayəndəlikləri Ukraniya nümayəndəliyinin binası və Mirzəbəyov qardaşlarının malikanəsində yerləşən Ukrayna Milli Şurası. İstiqlaliyyət küçəsi, 8 Ölkə Nümayəndənin adı Ünvan Böyük Britaniya Vice Consul Gevelke Kladbisshenskaya küçəsi, 11. Ermənistan Diplomatik nümayəndə G.A. Bekzadyan 28 may küçəsi, 5 Belçika Konsul Ayvazov Gorchakovskaya küçəsi, 19 Yunanıstan Konsul Koussis Gogolevskaya küçəsi Gürcüstan Diplomatik nümayəndə N.S. Alışbey Politseyskaya küçəsi, 20 Danimarka E.F. Bisrinq Birzhevaya küçəsi, 32. Elektricheskaya Sila şirkətinin binası İtaliya Konsul Enrico Ensom Molokanskaya küçəsi, 35. Litva Konsul Vinças Micgevuckas Pozenovskaya küçəsi, 15 İran Consul Saad Ul Vizirov Gubernskaya küçəsi, Polşa Konsul S. Rylsky Politseyskaya küçəsi, 15 ABŞ Konsul Randolf Krasnovodskaya küçəsi, 8 Ukrayna Konsul Golovan İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul Vegelius Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul Emelyanov Vodovoznaya küçəsi. İsveçrə Konsul Clateau Birzhevaya küçəsi. 14 İsveç Konsul R.K. Vander-Plouq Gubernskaya küçəsi Təhsil islahatları Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Repsublikası (ADR) hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini – 1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər. Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlandılar. Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə "Türk əlifbası", "Təzə elmi hesab", "İkinci il", "Yeni məktəb", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Türk çələngi", "Tarixi-təbii", "Rəhbər cəbr" dərslikləri nəşr olunurdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi. Geri dön |