Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Öskürəyi yox edən ucuz və faydalı BİTKİ ÇAYI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Öskürəyi yox edən ucuz və faydalı BİTKİ ÇAYI

Öskürəyi yox edən ucuz və faydalı BİTKİ ÇAYI


Artıq havaların soyuması ilə bir çoxlarımızda müəyyən narahatlıqlar yaranır, xəstələnmə halları baş verir.

Xüsusilə də öskürəyə uşaqlar və böyüklər arasında çox rast gəlinir. Bundan qurtulmaq üçünsə dərmandan daha çox təbii müalicə üsullarından yararlanmağa çalışırıq. Təbii müalicə üsulları arasında ən çox yayılanı bitki çaylarıdır. Ailem.az sizə belə çaylardan birinin - gülxətmi çayının faydaları və hazırlanması ilə bağlı məlumat verir.

Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.

Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq alınan su içilir.
Gülxətmi çayının faydaları:

- Öskürəyi yumşaldır
- Arıqladır
- Dərini rahatladır
- Hüceyrələri təzələyir
- Köpün qarşısını alır
- Mədə qıcqırması və gəyirməni aradan götürür
- Mədə ağrısını azaldır
- Qaraciyərin funksiyasını yaxşılaşdırır

Gülxətmi çayı necə hazırlanır?

Bu çay bitkinin qurudulmuş çiçəklərindən hazırlanır. 1 litr qaynar suyun içinə 2 yemək qaşığı çiçəyi töküb dəmləyin. Dəmlənməsi üçün bir dəsmala büküb 20 dəqiqə gözləyin. Sonra stəkanın yarısına qədər bu dəmləmədən süzün, digər hissəsini su ilə doldurun. Çayı istəyə görə bal və şəkərlə dadlandıra bilərsiniz. Normal çay kimi gündə 2-3 dəfə, istədiyiniz vaxt içə bilərsiniz.

Zərərləri və əlavə təsirləri varmı?

Bu çayın heç bir əlavə təsiri və zərəri yoxdur. Sadəcə bu bitkiyə xüsusi allergiyası olanlar və hamilələr çaydan diqqətli istifadə etsələr, daha məsləhətli olar.

Geri dön