Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kilsə zənglərinin gurultusu ünsiyyətsiz müsəlmanların və iranlıların azan səslərinə üstün gəlir - Hüseyn Cavid İrandan yazır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Kilsə zənglərinin gurultusu ünsiyyətsiz müsəlmanların və iranlıların azan səslərinə üstün gəlir - Hüseyn Cavid İrandan yazır

Kilsə zənglərinin gurultusu ünsiyyətsiz müsəlmanların və iranlıların azan səslərinə üstün gəlir - Hüseyn Cavid İrandan yazır


Hüseyn Cavidin 1903-cü ildə İrandan Məşədi Məmmədtağı Sidqiyə məktub yazaraq İranda baş verənlər barəsində məlumat verir. Hüseyn Cavid orada görüb və müşahidə etdiklərini qələmə alaraq tarixin yaddaşına köçürüb. Enter.News həmin məktubu təqdim edir:

“Hörmətli Ağa, izzətli başçı Ağa Məşədi Tağı Sidqi (Allah onun yüksək mərhəmdtini əbədi etsin) nəzərinə çatacaqdır.

Ruhum sənə qurban olsun! Biricisi, ümid edirəm ki, cənabınızın yüksək iqballı varlığınız tam sağlığa malikdir. İkinci, Sizin nəzərinizə çatdırıram ki, mən rəbiuləvvəl ayının 13-də (21-ci il) Urmiyəyə çatdım .

Poçtdan keçəndə istədim ki, kəlmə yazıb başınızı ağrıdam və bir qədər qiymətli vaxtınızı alam. Çapar vaxtı keçirdi və vaxt dar idi. Buna görə də məktub yazmaq mümkün olmadı. Bu gün fürsətdən istifadə edərək, heç olmasa, bu neçə kəlməni yaza bildim.

Bu qiymətsiz qulunuz Urmiyəyə çatdıqda yüksək dərəcədə sevinc, şadlıq və fərəh mənə üz verdi, ürəyim açıldı. Doğrudan da Urmiyə Rim ölkəsi qitələrindən biridir. Şəhər özü səfalı, cəmaəti saf ürəkli, sadəlövh, hamısı sənaye və kənd təsərrüfatı işlərində məharət sahibi, kəsbkarlıqda, ticarətdə qabiliyyətli olaraq, ölkənin və mədəniyyətinin inkişafına rəğbət göstərəndirlər, lakin minlərlə təəssüf olsun ki, ingilis və rus kilsələri zənglərinin gurultusu ünsiyyətsiz müsəlmanların və iranlıların azan səslərinə üstün gəlir. Onların müsəlmanlıq aləminə qətiyyən etinaları yoxdur. Gündən - günə öz işlərinin irəli getməsinə çalışır, millətlərini artırmağa və başqa işlərinə səy göstərirlər. Şəhərin hər tərəfində, ortada yerləşən geniş sahələri, о cümlədən eni və boyu azı üç-dörd verst olan “Dilgüşa” bağını ingilislər əlinə alıb, orada geniş layihələr üzrə gözəl binalar, xəstəxanalar, xoşagələn məktəblər tikmiş, kilsəyə oxşar möhkəm qalalar çəkmiş, şəhər əhalisi içərisində onlara kilsə kimi şöhrət qazandırmışlar. Eləcə də burada rus kilsələri Naxçıvanda olan kilsələrdən on dəfə artıq geniş və böyükdür. Bunlar eyni halda möhkəm qaladır ki, adını kilsə qoymuşlar.

Adres: Urmu, Hüseyn Rasizadə.

2 cəmadiyələvvəl 1321 (1903)

Təqdim etdi: Rəşad Sahil

Geri dön