Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Separatizmlə mübarizə - Yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur
Separatizmlə mübarizə - Yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur |
"İspaniyada Kataloniya, İraqda Kürdüstan bölgələrinin timsalında dünyada artan separatizmin qarşısının alınması üçün xüsusi reseptə ehtiyac yoxdur. Sadəcə beynəlxalq hüququn aliliyinə ədalətli yanaşma prinsipi üstünlük təşkil etsə, yetər. Dövlətlərin suverenliyinə hörmət məsələsində seleksiya üsulundan istifadə edilməməlidir. Yəni "bir ölkənin suverenliyinə hörmət olunar, digərinə isə yox" - belə seçim olmamalıdır. Terrorizmə qarşı mübarizə aparırlarsa, "bir terrorçu pisdir, digəri yaxşıdır" yanaşması ola bilməz. Yəni ədalətli yanaşma - qanunun aliliyini bərpa etmək və onun icra mexanizmini işə salmaq lazımdır. Bu məsələdə yeni mexanizm və ya alət axtarmağa gərək yoxdur".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib. Onun sözlərinə görə, son vaxtlar separatizmin artmasının və öz müqəddəratını təyinetmə adı altında bir çox ölkələrin ərazi bütövlüyünün təhdid olunmasının bir neçə səbəbi var: "Birincisi, həmin ölkələrin vassala çevrilməsi, onları öz orbitinə daxil etmək üçün zəiflədilməsi layihələri var. İkincisi, yeni dünya düzəninin formalaşmasında bəzi bölgələrdə ölkələri parçalamaq, siyasi xəritədə dəyişiklik etmək istəyi var. Bu məqsədlə də terrorçulardan, separatçılardan, qurumlardan maşa kimi istifadə olunur və əvəzində onlara pay verilir. Üçüncüsü, güclü dövlətlərin bir-birini zəiflədib dünyanın bəzi regionlarındakı mənafe bölgülərində onları kənarlaşdırmaq planları var". Nəhayət, millət vəkilinin qənaətincə, bu separatizm meyllərinin artması başlanan terrorizmin və terroristlərin əldə etdiyi status-kvonun sonradan təsbit edilməsi üçün atılan addımların qarşısının vaxtında alınmaması ilə bağlıdır. Məsələn, Azərbaycanın dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, Qarabağ problemi ilə əlaqədar vaxtında ölçü götürülmədi. Ardından Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, daha sonra Ukraynada ardıcıl olaraq Krım və ölkənin şərq əraziləri ilə bağlı hadisələr verdi. Ümumiyyətlə, GUAM ölkələrinin ərazilərindəki vəziyyətə biganə, sıradan bir şey kimi yanaşılması pis bir ənənənin formalaşmasına gətirib çıxardı. Ona görə də bəzi ölkələrdə, separatizm meyllərinin güclü olduğu müəyyən regionlarda terrorçular gördülər ki, belə bir susqunluq, cəzasızlıq mühiti var və bu səbəbdən silah gücü ilə müəyyən status-kvonun əldə edilməsi fikrinə düşdülər. Düşündülər ki, sonradan da bunu təsbit etmək üçün məsələn, referendum keçirmək, özü kimi qondarma dövlətlərin onları tanımasından istifadə etmək olar". F.Quliyev hesab edir ki, dünya birliyi bu məsələdə eyni mövqedən, ikili standartlar olmadan sərt qaydada çıxış etsə, problem də virus kimi hər tərəfə yayılmaz, digərlərinə ibrət dərsi olar və qarşısı da alınar. İlkin İzzət Geri dön |