Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Avtoelegiya
Avtoelegiya |
İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
Cecənin gecə vaxtı, Dünyanın cücə vaxtı... Bir az farağat durun, Salmayın gücə vaxtı. Şərh yazmaq da oyundur, Hamı olub şərh yazan. Bizə elə gəlir ki, Yoxdur bizdə səhv yazan Hələ bitməyib şərhim, Məzahir cavab yazır. Sanki başımın üstə... Əlində qələm hazır. Yuxuladı Nəriman, Səsi gəlmir,ay aman. Sözlərin vurğusunu Öyrənəcək nə zaman? Deyir saxla samanı, Gələr bir vaxt zamanı. Bu saman ondan deyil, Aldatmayın gümanı. Ah qocalıq, qocalıq... Harda qaldı ucalıq?! Mübahisə zamanı Ah,nə yaman cığalıq. Dəymədüşər olmuşuq, Bəlkə, yaşa dolmuşuq. Yuxu çəkilib ərşə, Biz bəy,paşa olmuşuq. Yığışmaqçın bir yerə, Zəngləşirik min kərə. Ultimatum veririk, İnkirə,həm Münkürə. Asıb-kəsən vaxtımız, Korşalıbdır baxtımız. Öğul-uşaq - tacımız, Göylərdədir taxtımız... Ayağımız üç olub, Gəncliyimiz qıc olub. Biz deyəni deməyən Axı niyə gic olub? İnciməyin Siz Allah, Siz yaxşısız,maşallah. Uzatmıram sözümü, Sözü deyirəm kütah: (qısa) "Söylədiyim nağıldır, Bir az yuxu dağıdır. Buna şeir deməyin, Özüm üçün ağıdır". Nazim Nəsrəddinov. 03.10.2017. Geri dön |