Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Ordusu Ermənistan rəhərliyini qorxuya salıb - VİDEO
Azərbaycan Ordusu Ermənistan rəhərliyini qorxuya salıb - VİDEO |
Azərbaycan Ordusunun gündən-günə öz qüdrətini artırmasından qorxuya düşən Ermənistan rəhbərliyi erməni xalqını sakitləşdirmək üçün yeni üsullardan istifadə etməyə başlayıb. Belə ki, indiyədək bütün əmrləri məhz Rusiyanın yuxarı dairələrindən alan Ermənistan indi bu ölkəni şantaj yolunu tutub.
Xezerxeber.az-ın məlumatına görə, Çinə səfər edən Ermənistanın müdafiə naziri guya bu ölkədən silahların alınması məsələsini ortaya ataraq Rusiyadan yeni güzəştlər əldə etməyi hədəfləyib. Bunu elə rusiyalı ekpertlər də şantaj kimi qiymətləndirir. Hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, Ermənistanın hər hansı bir ölkədən silah alacaq qədər maliyyə resursu yoxdur. Ehtiyatda olan korpus komandiri polkovnik Şair Ramaldanov isə bildirir ki, Ermənistan ordusu nə qədər çalışsa da heç vaxt Azərbaycanla hərbi balansı qoruyub saxlaya bilməyəcək. Çünki Ermənistanın əldə etdiyi silahlar yalnız istismar müddətini başa çatdıran və Rusiyanın silahlanmasından artıq çıxarılan silahlardır. Halbuki, Azərbaycan bu silahların Rusiyadan ən son variantlarını əldə edir. Ermənistanın müdafiə naziri, eyni zamanda guya ölkəsinin silah istehsal etdiyini iddia edir və hətta bu silahların analoqu yoxdur. Halbuki, müdafiə sənayesini formalaşdırmaq milyardlarla dollar tələb edir, bu isə dilənçi vəziyyətində olan Ermənistan üçün əlçatmaz bir arzudur. Bu bəynat isə daha çox yerli auditoriyaya hesablanıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bildirir ki, Ermənistanın bu addımı göz boyamaqdan başqa bir şey deyil. Onu da qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistan Azərbaycanı "İsgəndər" raketləri ilə hədələyirdi. Ancaq sonradan məlum oldu ki, əgər müharibə başlasa belə bu raketlərin idarə olunması üçün kodlar Rusiyada saxlanılır və Ermənistana qəti şəkildə verilməyəcək. Digər tərəfdən Azərbaycan İsraildən aldığı "Dəmir günbəz" sistemləri ilə hava məkanından müdafiəni tam təşkil etmək iqtidarındadır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: Geri dön |