Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Türkiyə-Azərbaycan birgə silah istehsalı xəbəri Ermənistana “daş kimi düşdü”...
Türkiyə-Azərbaycan birgə silah istehsalı xəbəri Ermənistana “daş kimi düşdü”... |
“Müəyyən dövlətlərdən asılı olmamaq, özümüzün bazarını qurmaq, yəni yerli təminatdan başqa, onun satışını da həyata keçirməklə bağlı istehsal sahələrimizin olması çox əhəmiyyətlidir”
Fərəc Quliyev: “Yaxın zamanlarda başqa bazarlardan, başqa ölkələrdən silah asılılığımız azalaraq minimuma enəcək” Türkiyənin müdafiə naziri Nurəddin Canikli ölkəmizdə səfərdə olarkən maraqlı açıqlamalar verib. O bildirib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu ərazilər işğaldan azad edilməlidir. Nazir vurğulayıb ki, Ermənistanın işğalı altında olan torpaqlar tez və ya gec azad ediləcək. N.Canikli deyib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir: “Biz vahid qüvvə kimi hərəkət edirik. Azərbaycanın gücü Türkiyənin gücüdür və əksinə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz xaricdən silah alınmasında problemlərlə qarşılaşırıq. Odur ki, öz silahlarımızı istehsal etməyə başlamaq üçün hərbi sənayedə səylərimizi artırmalıyıq”. Eyni zamanda erməni mediası ölkə siyasi və dövlət adamlarının bu xəbərdən xeyli narahat olduqlarını aşkar büruzə verməyə başlayıb. Göründyü kimi, Türkiyə ilə Azərbaycanın birgə silah istehsalı ilə bağlı məsələ gündəmə gəlib. Millət vəkili Fərəc Quliyevin sözlərinə görə, qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, birgə silah istehsalı sahəsində də əlaqələrinin genişlənməsi bizə yalnız yaxşı perspektiv vəd edə bilər: “Azərbaycanla Türkiyə qardaş ölkə olaraq onsuz da uzun müddətdir ki, hərbi sahədə də müştərək istehsalla məşğuldurlar. Müxtəlif silah növləri, hərbi ləvazimatlarla bağlı istehsalımız Türkiyə ilə razılaşdırılıb. Əlbəttə, müəyyən dövlətlərdən asılı olmamaq, özümüzün bazarını qurmaq, yəni yerli təminatdan başqa, onun satışını da həyata keçirməklə bağlı istehsal sahələrimizin olması çox əhəmiyyətlidir. Bu sahədə hər iki qardaş ölkə lazımi potensiala malikdir. Həm elmi potensialımız var, həm də sənaye və xammal potensialına malikik. Belə olan halda, niyə özümüz istehsal etdiyimiz silahlar olmasın?! Düzdür, daxildə müəyyən silahlar istehsal edirik. Daha yeni-yeni silahların istehsalı ilə bağlı olaraq da addımlar atmaq gücündəyik. Bu istiqamətdə Türkiyə ilə birgə silah istehsalı prosesini genişləndirə bilərik. İnanıram ki, bu istiqamətdə yaxın zamanlarda başqa bazarlardan, başqa ölkələrdən silah asılılığımız azalaraq minimuma enəcək. Hesab edirəm ki, bütün məsələlərdə Türkiyə ilə müştərək davranmağı bacarmalıyıq. Xüsusən hərbi məsələlər, birgə hərbi sənaye məhsulu istehsalı və xarici siyasətimiz ciddi şəkildə koordinasiya olunmalıdır”. Məhəmmədəli QƏRİBLİ Geri dön |