Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran Azərbaycanda düşmənlərini terror etməyə çalışıb
İran Azərbaycanda düşmənlərini terror etməyə çalışıb |
"İranla əlaqəli əməliyyatçılar Azərbaycanda ABŞ (Amerika Birləşmiş Ştatları) diplomatlarını öldürməyə və yəhudi cəmiyyətini terrorizə etməyə qəsd ediblər".
Washington Post qəzeti yazır ki, bunlar İranın "xaricdə düşmənlərinə "qarşı yönəlmiş geniş kampaniyanın bir hissəsidir. "Noyabr ayında ABŞ-ın Azərbaycandakı səfirliyinə daxil olan gündəlik diplomatik teleqramlardan biri o zamankı səfir Matthew Bryza-ya sarsıdıcı mesaj gətirdi. Mesajda deyilirdi ki, amerikalıları öldürmək cəhdinin üstü açılıb və səfirlik rəsmiləri hədəf siyahısındadırlar" - deyə qəzet iddia edir. Qəzetə daxil olan və adı çəkilməyən rəsmilərə istinadla yazılan məqalədə deyilir ki, İranın dəstəklədiyi sui-qəsd planı xarici diplomatları - o cümlədən, israilliləri, səudiləri və amerikalıları yeddi və ya daha artıq ölkədə hədəfə alıb. Yazıda Azərbaycanın mart (March) ayında İrana casusluqda şübhəli bilərək 22 adamı həbs etdiyi deyilir. Qəzetin yazdığına görə, İran özünə qarşı beynəlxalq sanksiyaların artmasından sonra sui-qəsd planından əl çəkib və nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağı üstün tutub. Bir çox ABŞ rəsmiləri və Yaxın Şərq ekspertləri (karşünasları) hadisələri davam edən və İranın da sui-qəsdlərin qurbanı olduğu kölgə müharibəsinin bir hissəsi kimi görürlər, qəzet yazır. İranın nüvə proqramı ilə əlaqəsi olan dörd alim son üç il ərzində naməlum qatillər tərəfindən öldürülüb və ölkənin nüvə yerləri kiber-hücumlara məruz qalıb. BBC Geri dön |