Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürün Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr qalxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Kürün Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr qalxıb

Kürün Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr qalxıb


Kür çayında suyun səviyyəsi qalxıb.
Buna son günlər ölkə ərazisində yağan intensiv yağışlar səbəb olub.
Artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.
Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.

Geri dön