Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərq müdriklərinin SAĞLAMLIQ FƏLSƏFƏSİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Şərq müdriklərinin SAĞLAMLIQ FƏLSƏFƏSİ

Şərq müdriklərinin SAĞLAMLIQ FƏLSƏFƏSİ


Şərqlilərin uzunömürlü olması dünyada bir fakt kimi qəbul olunur. Şərq təbiblərinin və müdriklərinin uzunömürlülüklə bağlı mühakimələrinin, sağlamlığa fərdi yanaşmalarının, təbii vasitələrdən istifadə etmələrinin, şərq xalq təbabətinin möcüzələrinin bir çoxu bizə də məlumdur. Bütün bunlarla yanaşı şərq təbabəti uzunömürlü olmaq üçün 10 qızıl qaydaya riayət etməyi tövsiyə edir.
Həmin tövsiyələri oxucuların diqqətinə çatdırır.

1. Hər qida qəbulundan sonra 100 addımlıq məsafə qət edin.

2. Heç vaxt alkoqoldan istifadə etməyin.

3. Bitkilərlə qidalanın və bitki mənşəli yağlardan istifadə edin.

4. Piyada gəzməyə üstünlük verin.

5. Bütün ev işlərini əllə görün, paltaryuyan, qabyuyan maşınlardan, tozsorandan imtina edin.

6. Hər gün az da olsa idmanla məşğul olmağa vaxt ayırın.

7. Mənzilinizin pəncərəsini müntəzəm açıq qoyun ki, otağınızın havası təmiz olsun.

8. Günəş vannası qəbul edin.

9. Tez yatın və yuxudan tez oyanın.

10. Xoş əhval, sevinmək və gülmək üçün bəhanə axtarın.

Belə baxanda bu qaydalar çox sadə, insandan xüsusi iradə, vaxt və vəsait tələb etməyən qaydalardır. Amma bu sadəliyin arxasında uzun və sağlam bir ömür dayanır. Sadəcə tənbəlliyi atıb şərq müdriklərinin tövsiyələrinə əməl etmək lazımdır.

Geri dön