Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dərman vasitələrinin əlavə ekspertizasını aparan qurumun statusu müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanda dərman vasitələrinin əlavə ekspertizasını aparan qurumun statusu müəyyənləşib

Azərbaycanda dərman vasitələrinin əlavə ekspertizasını aparan qurumun statusu müəyyənləşib


Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertiza aparan qurumun statusu müəyyənləşib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Səhiyyə Nazirliyinin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və Farmakopeya Ekspert Şurası yaradılır. Şuranın Əsasnaməsini səhiyyə naziri təsdiq edir.

Geri dön