Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > O fransız qəzeti yanlış ölüm elanı yazmasaydı ...- "Nobel" necə yarandı?
O fransız qəzeti yanlış ölüm elanı yazmasaydı ...- "Nobel" necə yarandı? |
Nobel: Yanlış ölüm elanından dünyanın ən prestijli mükafatına uzanan yol.
Tarix 1888... İsveçli kimyagər, ixtiraçı, mühəndis, yazıçı və sülhsevər Alfred Nobel bir fransız qəzetində öz ölüm elanını oxuyur. Kəşf etdiyi dinamit bəşəriyyətdən çox onun başına bəla olur. Çünki media dinamiti kəşf etdiyi üçün onu tənqid edir və “ölüm taciri” adlandırırdı. Kimyagərin qardaşının ölümü isə onların işinə yarayır. Nəhayət, A.Nobeldən tarixi qisas alınır və qardaşının yerinə “yanlışlıqla” onun adı yazılır. Lakin A.Nobel sülhsevər insan idi və adını tarixə xeyirxah biri kimi yazdırmaq istəyirdi. Bu səbəbdən 265 milyon civarındakı sərvətinin böyük bir qismini ayırır və “Nobel” mükafatını təsis edir. Mükafat ədəbiyyat, sülh, tibb, iqtisadiyyat və elm sahəsində ən çox uğur əldə edən insanlara verilir. Yəni Alfred Nobelin fəaliyyət göstərdiyi sahələr. İlk “Nobel” sülh mükafatı 1901-ci ildə “Qızıl xaç” yardım cəmiyyətinin qurucularından olan Henri Dunanta verilir. 3 namizədlə “ən çox mükafat qazanmaq” rekordu da məhz bu cəmiyyətə aiddir. Maraqlısı odur ki, “Nobel” mükafatı verilən sahələrin ən qalmaqallı və tənqidə məruz qalan namizədləri məhz sülh kateqoriyasında laureat olan insanlardır. Rahibə Tereza, Nelson Mandela, Baraka Obama, Liu Xiaobo, Teodor Ruzvelt, Martin Lüter Kinq, Corc Marşall, Mixail Qorbaçov… Zümrüd Geri dön |