Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc qızlarda xərçəng artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gənc qızlarda xərçəng artıb

Gənc qızlarda xərçəng artıb


Azərbaycanın tanınmış mammoloq onkoloqu Rəna Abdullayeva gənc qızları və valideynləri diqqətli olmağa çağırıb.

O, gənc qızlarda xərçəng xəstəliyinin sürətlə yayıldığını deyib:

"Xərçəng çox gəncləşib. Artıq 19-20 yaşlı qızlarda süd vəzi xərçənginə rast gəlinir. Mənim ən gənc 19 yaşlı pasiyentimdə süd vəzinin sarkoması - birləşdirici toxumaların bədxassəli şişi aşkarlanmışdı. Bu şiş sürətlə yayılır. 1 il ərzində metastaz verərək, əməliyyat olunsa da xilas etmək mümkün olmadı. Sonradan o qızın anasında da süd vəzi xərçəngi aşkar olundu.

Ümumiyyətlə, nənə, ana, xalada hətta 50 il əvvəl belə süd vəzi şişi, xərçəngi olubsa, həmin ailədəki qızlar, qadınlar mütləq mammoloq nəzarətində olmalı, ildə 1 dəfə müayinə olunmalı, süd vəzilərinin USM müayinəsi olmalı, 40 yaşından sonra isə mammoqrafiyadan keçməlidir. Bu işdə analar məsuliyyətli olmalıdır".

Həkim yeniyetmə qızların 12 yaşından sonra xüsusilə evdə yoxlanmasını zəruri sayır: "Uşaq bəzən anasından utanıb nəyisə gizlədə bilər, amma ailədə, nəsildə genetik olaraq xərçəng olduğunu bilən qadınlar qız uşaqlarını ildə 1 dəfə mammoloq yanına gətirsinlər".

Geri dön