Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhər yeməyən insanların arterial damarları daha tez tutulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Səhər yeməyən insanların arterial damarları daha tez tutulur

Səhər yeməyən insanların arterial damarları daha tez tutulur


İspan mütəxəssislərinin apardığı araşdırmalara əsasən, səhər yeməyinin yeyilməməsi ateroskleroz riskini artırır. Səhərlər yeməyən, yaxud bir stəkan çay və ya qəhvə ilə kifayətlənən insanların arterial damarlarında kirəcləşmə prosesi baş verir. Bunu III Karlos adına Ürək-Damar Xəstəlikləri İnstitutunun alimləri müəyyən ediblər. Ateroskleroz hətta gizli dövrdə də serebral iflic və infarkt riski yaradır.

Yaşı 40-54 arasında 4 min könüllü üzərində aparılan müşahidələr zamanı arterial damarlarda tıxanmalar aşkarlanan şəxslərin hamısının səhər yemədikləri bəlli olub. Araşdırmaların rəhbəri İsidro Vila Kosta müsahibəsində qeyd edib ki, ataların dediyi “Səhər yeməyini kral, naharı şahzadə, axşam yeməyini isə kasıb kimi ye” fikri özünü bir daha doğruldub.

Geri dön