Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ənvər Paşanın ərəb ölkələri ilə bağlı tarixi müraciəti: ''Ey müsəlmanlar, oyanın, yoxsa boynumuza keçən bu boyunduruğun altında bir çox nəsillərimiz məhv olacaq''
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Ənvər Paşanın ərəb ölkələri ilə bağlı tarixi müraciəti: ''Ey müsəlmanlar, oyanın, yoxsa boynumuza keçən bu boyunduruğun altında bir çox nəsillərimiz məhv olacaq''

Ənvər Paşanın ərəb ölkələri ilə bağlı tarixi müraciəti: ''Ey müsəlmanlar, oyanın, yoxsa boynumuza keçən bu boyunduruğun altında bir çox nəsillərimiz məhv olacaq''


Ənvər Paşa Ərəb yarımadasının Osmanlının əlindən çıxması ilə nəticələnən Ərəb üsyanının baş verməsindən beş il sonra qələmə aldığı bir məqaləsində Şərif Hüseyn ilə oğullarının İslama xəyanət edib ingilislərin aləti olduqlarını və bu xəyanətdən bütün Ərəb dünyasının məsul tutulmamasını yazır.

Davam.az "Enter.News"-ə istinadən Murad Bardakçının araşdırmalarından əldə etdiyi Ənvər Paşanın həmin müraciətini təqdim edir:

“...Ey müsəlman millətləri! Artıq oyanın! Avropalıların hər zaman sizi geridəqalmış müsəlman kimi göstərməyindən və müsəlman olmağınızdan qorxmayın. İslam ailəsi üçün hər bir millət özünü təkbaşına elm və silahla təchiz edərək qurtarmağa çalışdığı bir vaxtda, digər millətlərələ birgə qardaş kimi birləşib İslam binasını yıxmağa çalışan imperialistlərə qarşı müqavimət göstərin. Düşmənlərin araya salmaq istədiyi nifaqdan və düşmənlərimizin fətvası ilə bir-birinizə qarşı ədavətli olmaqdan və qan tökməkdən uzaq durun. Şəxsiyyətlərin nöqsanlarını millətlərə aid etməyin.

Məsələn, Şərif Hüseyn və oğullarının Harbi-umimidə ingilis və onların müttəfiqləri ilə birləşərək islama etdikləri xəyanət ucbatından bu gün ərəb millətini parçalamaq üçün ingilislərin əlində alət olmalarına ərəb milləti heç vaxt məsul deyil. Hər halda Suriyanı fransız istilasına müdafiəsiz təslim etdiklərindən sonra indi də ingilislərin dəstəyi ilə İraqı İngiltərə imperializminin əsarətinə salmağa çalışan Faysalın günahıdır və əlbəttə buna görə dünyaya etdiyi xəyanətin cəzasını özü şəxsən çəkəcəkdir. İnşallah, İslamın böyük əsaslarından birini təşkil edən Ərəb milləti bu üzdən zərər çəkməz. Beləcə, elbirliyi ilə həqiqətləri görüb çalışarsaq hürriyyət və səadətə nail olarıq. Əks halda boynumuza keçən bu boyunduruğun altında bir çox nəsillərimiz məhv olacaq. Biz də əcdadımız və gələcək nəsillər qarşısında vəzifəmizi yerinə yetirə bilmədiyimizə görə lənətlənmiş olarıq.”

Təqdim etdi: Rəşad Sahil

Geri dön