Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya Azərbaycanlıları Assambleyası Rusiyaya müraciət edib - MƏTN
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Dünya Azərbaycanlıları Assambleyası Rusiyaya müraciət edib - MƏTN

Dünya Azərbaycanlıları Assambleyası Rusiyaya müraciət edib - MƏTN


Dünya Azərbaycanlıları Assambleyası Prezidenti Rəşad Quliyev Rusiyada həbs edilən azərbaycanlı Anar Allahverənovla bağlı Rusiya Federasiyası Ədliyyə Naziri Konovlov Aleksandr Vladimiroviç, Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbəri Cənab Bortnikov Aleksandr Vasileviçə, Rusiya Prezidentinin köməkçisi , Dövlət – Hüquq idarəsinin rəhbəri Xanım Brıçeva Larisa İqorevna, Rusiya Federasiyası İstintaq Komitəsi rəhbəri,Ədliyyə Generalı Cənab Bastrıkin Aleksandr İvanoviç, Rusiya Federal Məhkəmə Ekspertizası Mərkəzinin direktoru Smirnova Svetlana Arkadevna, Rusiya Federasiyasının Baş prokuroru Çayka Yuriy Yakovleviç, Rusiya Federasiyası Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Mixail Fedetova, Rusiya Dumasının milli məsələlər üzrə komitəsi rəhbəri Cənab Qilmutdinov İldar İrekoviç və Rusiya Federasiyası İnsan Haqları üzrə Yüksək Kommissarı Tatiana Moskalkova müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edir:

“20.08.2017 tarixində əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Andrey Dryaçov arasında sırf məişət xarakterli münaqişə baş vermişdir. Hadisə nəticəsində hər iki tərəf bir birinə qarşı zor tətbiq etmiş, nəticədə Cənab Andrey Dryaçov çox təəssüff ki, vəfat edib. Bu hadisə Rusiyada yaşayanlarla yanaşı biz azərbaycanlıları da üzmüşdür. Gənc, istdadlı, perespektivli idmançının vəfatı arzu olunmaz, bir hadisədir. Biz vəfat edən Cənab Dryaçovun ailəsinə üzüntülü olduğumuzu bildirir, ailəyə səbr və dözüm arzu edirik.
Ancaq sırf məişət xarakterli münaqişəni milli münaqişə olaraq təqdim etməyə cəhdlər edənlər var. Rusiya ilə Azərbaycan güclü əməkdaşlığa dayanan iki dost ölkədir. Rusiyada milyonlarla azərbaycanlı ruslarla dostluq, sülh şəraitində yaşayır, eyni şəkildə Azərbaycanda da milyonlarla ruslar etnik təzyiqəməruz qalmadan dostluq mühiti içərisində yaşayırlar. Bu belə də olmalıdır. İki şəxsin aralarında olan sonu ölümlə nəticələnən bu ağır hadisədən istifadə edib xalqlarımız arasında dostluq mühitini korlamağa cəhdlər edilir. Mütəhhim Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.
Hörmətli xanımlar və cənablar,
Hadisəni törədən Anar Allahverənov gəncdir. Ola bilsin ki, o hisslərinə, münaqişə anının psixoloji təzyiqi altında özünə nəzarət edə bilməyib, nəticədə bu cinayət törədilib ancaq çox ağır cəzanın verilməsi də bu gəncin gələcəyə olan inamının birdəfəlik qırılması olar. 30 yaxın ölkədə təmsilçisi olan beynəlxalq ictimai təşkilat olaraq sizdən Anar Allehverənovun işini şəxsi nəzarətinizdə saxlamanızı, məsələnin milli və etnik müstəviyə çıxarılmasına imkan verməmənizi rica edirəm.
Dünya Azərbaycanlıları Assambleyası olaraq Rusiya Azərbaycan münasibətlərinin daha da güclənməsi üçün sizlərlə hər zaman səmərəli əməkdaşlığa hazırıq. Dekabr ayının ortasına qədər zaman ərzində Rusiya Federasiyasına səfər etməyi planlaşdırırıq. İmkanınız olardısa sizinlə böyük məmnuniyyətlə görüşüb gələcək əməkdaşlığımızı da müzakirə edə bilərdik”.

Geri dön