Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almazbek Atambayev qazaxıstanlı həmkarı haqqında söylədiyi fikirlərə görə üzr istəyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Almazbek Atambayev qazaxıstanlı həmkarı haqqında söylədiyi fikirlərə görə üzr istəyib

Almazbek Atambayev qazaxıstanlı həmkarı haqqında söylədiyi fikirlərə görə üzr istəyib


Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevin ünvanına söylədiyi fikirlərə görə üzr istəyib.
A.Atambayev bu barədə Bişkekdə ən yaxşı tələbələrə Prezident təqaüdü təqdim edilməsi mərasimində Qırğızıstan-Qazaxıstan sərhədindəki vəziyyət barədə danışan zaman bildirib.
"Qazaxıstan prezidenti haqqında emosional çıxışım zamanı səhv etmişəm. Bu günlər ərzində bu barədə düşünmüşəm", - o deyib.
O, mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, bütün qonşularımızla sülh içində yaşamalıyıq.
Qeyd edək ki, oktyabrın 10-dan etibarən Qırğızıstan-Qazaxıstan dövlət sərhədində nəqliyyat vasitələrinin və şəxslərin buraxılışı gücləndirilmiş nəzarət formasında həyata keçirilir. Bu səbəbdən sərhəddə sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Geri dön