Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssürat yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssürat yaradıb

Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssürat yaradıb


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransdan sonra qonaqlar Buxara şəhərində olublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin deputatları Eldar İbrahimov, Siyavuş Novruzov, Hikmət Babaoğlu, Cavanşir Paşazadə və digərlərinin daxil olduğu nümayəndə heyəti şəhərlə yaxından tanış olub və silsilə görüşlər keçirib.

Qonaqlar Buxara ilə tanışlığa Bahauddin Naqşibəndi məqbərəsini ziyarətlə başlayıblar. Onlara Bahauddin Naqşibəndi və məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam kompleksin nəzdindəki Ali Mədrəsəsinin tələbələri ilə görüşüb, onlara xeyir-dua verib.

Mədrəsənin rektoru Xayderxan Yuldaşxujaev şeyxi salamlayıb, mədrəsə haqqında məlumat verib. Sonra qonaqlar kompleksin məscidində namaz qılıb, şeyxülislam Allahşükür Paşazadə kompleksin rəylər kitabına ürək sözlərini yazıb.

Qonaqlar Buxaranın mərkəzindəki Mir Ərəb mədrəsəsində də tələbə və müəllimlərlə görüşüblər.

Mədrəsənin direktoru Elov Jabir bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə bu mədrəsədə təhsil alıb. Onun sözlərinə görə Çeçenistanın birinci prezidenti, mərhum Əhməd Kadırov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və digərləri bu mədrəsənin yetirmələridir.

Şeyxülislam söyləyib ki, hər dəfə buraya gələndə həm sevinir, həm də kədərlənirəm. Bunu izah etməyə məncə ehtiyac yoxdur. Buranın hər daşı, hər kərpici mənə əzizdir.

Şeyx tələbələrə müraciətlə deyib: Siz gələcəyin alimləri və ilahiyyatçılarısınız, Allahın kəlamlarını insanlara çatdıran adamlar olacaqsınız. Yaxşı təhsil almaq, dini dəyərlərə dərindən yiyələnmək sizin borcunuzdur”.

Qonaqlar IX-X əsrə aid İsmayıl Samani məqbərəsi, Samanilər bağı və digər tarixi yerləri gəzərək Buxarada keçirilən “Şəhər Günü” bayramına qatılıblar.

Sonra şeyxülislam Allahşükür Paşazadə Mir Ərəb mədrəsəsində təhsil aldığı illərdə ona dərs deyən müəllimi, şair və alim, azərbaycanlı İbrahim Qasımovun məzarını da ziyarət edib, onun ruhuna dua oxuyub.

Bununla da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.

Geri dön