Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "PKK qaz kəmərini partladıb diqqəti özünə çəkmək istəyir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > "PKK qaz kəmərini partladıb diqqəti özünə çəkmək istəyir"

"PKK qaz kəmərini partladıb diqqəti özünə çəkmək istəyir"


Arif Yunus: “Terror təşkilatı bununla demək istəyir ki, əsas söz sahibi bizik”

Xəbər verdiyimiz kimi, mayın 30-na keçən gecə Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyədən keçən hissəsində güclü partlayış baş verib. Türkiyə KİV-lərinin xəbərlərinə görə, partlayış Qars vilayətinin Sarıqamış rayonunun Çatak və Handərə kəndləri arasında baş verib.

Türkiyə rəsmiləri qaz kəmərində baş vermiş partlayışın səbəblərinin məlum olmadığını bildiriblər. Lakin bu işin arxasında PKK-nın dayandığı istisna olunmur. Hələlik kəmərin PKK tərəfindən partladılması rəsmən təsdiqini tapmasa da, əsas diqqət məhz silahlı kürd qruplaşmasının üzərindədir. Yeri gəlmişkən, 2008-ci ilin avqustunda - Rusiya Gürcüstana müdaxilə etdiyi günlərdə PKK Türkiyə ərazisində BTC kəmərini partlatmışdı.

Konfliktoloq Arif Yunus PKK-nın zaman-zaman Türkiyə ərazisindən keçən yerli və beynəlxalq əhəmiyyətli enerji kəmərlərinə terror təşkil etdiyini deyir. Ekspertin fikrincə, terrorçuların əsas məqsədi Türkiyə dövlətinə maddi ziyan vurmaq, əhalidə kütləvi qorxu yaratmaq və eyni zamanda dünyanın nüfuzlu şirkətlərinin və dövlətlərin diqqətini kürd məsələsinə çəkməkdir: “90-cı illərin sonunda, hələ tikinti vaxtı, PKK-çılar bəyan edirdilər ki, teraktlar davam edəcək. Yəni açıq şəkildə onların işi olduğunu deyirdilər. Əsas məqsəd o idi ki, Türkiyə varlanmasın, dünyanın diqqətini kürd probleminə yönəltsinlər. Həm də bp kimi nüfuzlu qurumlara göstərirdilər ki, kürd zonalarında kürd liderlərlə danışıqlar aparmaq lazımdır. Çox güman ki, indi bu məqsəd əsas rol oynayır. Ümumiyyətlə, teraktların iki məqsədi var: xaos yaratmaq və bölgədə əsas söz sahibinin kürd yaraqlıları olduğunu göstərmək”.

Arif Yunus terror aktının üçüncü qüvvənin sifarişi ilə baş tutması versiyasını inandırıcı saymır. Ekspertin fikrincə, artıq illərdir fəaliyyət göstərən boru kəmərini partlatmaq hansısa xarici ölkənin marağında ola bilməz: “Sifariş olmasını demək çətindir. Bu kimi aksiyalarda 3-cü tərəfin rolu, sifariş faktları olub. Amma indiki situasiyada PKK özü əsas rol oynayır. Əgər ”Nabucco"dan söhbət getsəydi, burada Rusiya amilindən danışmaq olardı. Amma bu kəmər 10 ildən artıqdır işləyir".
Qeyd edək ki, son günlər Azərbaycana qarşı terror-təxribat hadisələrinin hazırlanması ilə bağlı məlumatlar yayılır. Türkiyədə baş verən partlayış Azərbaycana qarşı hazırlanmış təxribat hadisəsi ola bilərmi? A.Yunus bunu inandırıcı saymır. Konfliktoloq MTN-in son bəyanatında xeyli sualların olduğunu deyir. Arif Yunusun fikrincə, bəyanatda kifayət qədər açıq qalan cavabsız məqamlar var: “MTN-in bu tip bəyanatları adətən hakimiyyətə lazım olan vaxt ortaya çıxır. Mən bunu gözləyirdim. ABŞ dövlət katibi Hillari Klinton bir neçə gündən sonra Bakıya gələcək. Biz çox şeyləri bilmirik, bizə verilən məlumatlarda isə xeyli suallar var. Mən artıq 20 ildir ki, MTN-in və Rusiya kəşfiyyatının yaydığı məlumatları toplayıram. Bu məlumatları illərlə toplayanda görürsən ki, ortada xeyli suallar var. Bizim MTN işçilərinin yaydığı rəsmi açıqlamada qeyri-dəqiqliyə yol verilib. Bizdə bu kimi hallar dəfələrlə olub. 2000-ci illərdə bu kimi hadisələr olurdu və çeçenlər arasında adi münaqişəni terror hadisəsi kimi təqdim edirdilər. Bu kimi məlumatları çox eşidirik”.

KƏNAN

Geri dön