Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Üzgüçü, tennisçi, karateçi və digər idmanla məşğul olan - Deputatlarımız
Üzgüçü, tennisçi, karateçi və digər idmanla məşğul olan - Deputatlarımız |
Ölkəmizdəki idmana olan maraq hər kəsə məlumdur. İstər peşəkar, istərsə də həvəskar şəkildə idmanla məşğul olanlar da az deyil. Təbii ki, onlar sırasında milli məclisin deputatları da var. Bəziləri vaxı ilə peşəkar şəkildə idmanla məşğul olub, bəziləri isə hazırda da idmanı davam edir.
İdmana marağı olan deputatlarımızı təqdim edirik. Spiker Oqtay Əsədov- Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Tennis Federasiyasının və Akademiyasının rəhhbəridir. O.Əsədovun özünün də tennisə marağı var. O, həftədə 3 dəfə bu tennislə məşğul olmak üçün akademiyaya gedir. Millət vəkili Adil Əliyev- Deputat olmaqla yanaşı, həm də Azərbaycan Kikboks Federasiyasının prezidentidir. Millət vəkilinin özü də bu idmana marağı böyükdür. Gəncliyində cüdoyla məşğul olan A.Əliyev, kikboks yarışlarına da qatılmaqdan çəkinmir. Millət vəkili sonuncu dəfə ötən il veteranlar arasında keçirilən dünya çempionatında qalib gəlib. Millət vəkili Rafael Cəbrayılov– O, Sovet dönəmində hüquq fakultəsini bitirib. Özünün bildirdiyinə görə, həmin vaxt bu fakultənin tələbələrini güləş və ya sambo ilə məşğul olmağa təşviq edirdilər. R.Cəbrayılov da həvəskar şəkildə sambo ilə məşğul olub. Deputat olduğu müddətdə isə çaparlığa həvəs salıb. Heç vaxt peşəkar idmana meyilli olmayıb. Hazırda isə gündəlik rejimin bir hissəsi olaraq, hər gün təxminən yarım saat idmanla məşğul olur. Millət vəkili Ülvi Quliyev - Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Millət vəkili. Əməkdar bədən tərbiyəsi və idman xadimi və karate üzrə Avropa və dünya çempionudur. Hazırda da həvəskar şəkildə karate ilə məşğul olur, məşqlərindən qalmır. Millət vəkili Siyavuş Novruzov - güləş üzrə idman ustasıdır. O, 10 yaşından güləş idman növü ilə məşğul olub. S.Novruz 1988-ci ildə hətta SSRİ çempionu adına layiq görülüb. Siyasi proseslərə qoşulandan sonra yarışlara çıxmaqdan imtina edib. S.Novruzov bu gün də idmana böyük marağı var və boş vaxtlarında idmanla məşğul olur. Millət vəkili Kamran Nəbizadə - Millət vəkilinin güləşə böyük marağı var. Özü də gənclikdə bir müddət güləşlə məşğul olub. Həmçinin futbolu da sevir. Günü bugün də futbol oynamağı sevən K.Nəbizadə Milli Məclisin deputatlarından ibarət futbol komandasının üzvüdür. Millət vəkili Fərəc Quliyev- Sambo üzrə idman ustasıdır. O, Şito-Ryu Karate Do Federasiyasının fəxri prezidentidir. Millət vəkili Novruz Aslan- Sambo üzrə idman ustalığına namizəddir. O, cüdo-sambo idman növü ilə məşğul olub. 12 yaşından idmana marağı olan millət vəkilinin, Azərbaycan çempionatında çıxış edib və mükafatlar qazanıb. Millət vəkili Ağacan Abıyev- Millət vəkili gəncliyində boksla məşğul olub. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər də yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür. Millət vəkili Rövşən Rzayev- Gənclər və idman komitəsinin üzvüdür. Hazırda üzgüçülüklə məşğuldur. Vaxtilə idmana daha çox vaxt ayırırdığı barədə mətbuata danışan millət vəkili, tennisə də həvəsli olduğunu deyib. Başqa idman növləri ilə də məşğul olub. Millət vəkili Nizami Cəfərov– Deputatın uşaq vaxtlarından güləşə marağı olub. O bildirib ki, hətta universitetə qəbul olduqdan sonra da güləşlə məşğul idi. Hazırda Dünya Alpaqut Federasiyasının Prezidentidir. Millət vəkili Fazil Mustafa- Deputatın futbola böyük marağı var vəMilli Məclisin deputatlarından ibarət futbol komandasının üzvüdür. Millət vəkili Qənirə Paşayeva– Uşaqlıq və gənclik illərində idmanla məşğul olub. Böyük tennis və həndbolla maraqlanıb. Deputat hazırda da formasını qorumaq məqsədi ilə idmanından qalmır. Millət vəkili Kamran Bayramov– Futbola marağı var. İzləməyi və oynamağı çox sevir.Milli Məclisin deputatlarından ibarət futbol komandasının üzvüdür.(Unikal.org ) Geri dön |