Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gün var ki, yüz ilə bərabər olur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Gün var ki, yüz ilə bərabər olur

Gün var ki, yüz ilə bərabər olur


Məndən soruşmadan halımı yazın,
Mən də ayırd edim, daha nə yazım.
Mənim təriflərə ehtiyacım yox,
Elmdir,təhsildir söhbətim sözüm.

Söz qanmaz adamlar adam deyillər,
Niyə hələ qalıb cındlır, veyillər?...
Adamın alçağı alçaqlıq deyil,
Gərək pislənilsin alçaq meyillər...

DÜNYA gəlir gedir, Süleyman yoxdur.
Adam var, zatında din, iman yoxdur.
Bu günün işini elə bu gün gör,
Vallah sabaha da heç güman yoxdur.

Salam ver,salam al, salamat ol ki,
Yaşasın həyatda tərəzi,ölçü.
Dünənki bildirçin qartal olanda
Öl ki,ölsün,getsin elə dünənki.

İnan,düz deyirəm,söz oynatmıram,
Öcağın içində köz oynatmıram.
Gedirəm,gəlirəm, yola baxıram,
Nüktəgirlik edib göz oynatmıram.

Yadıma düşəndə qırx ilin sözü,
Hələ axtarıram doğrunu,düzü.
Sabaha ümidim itməsin deyə
Gərək ümid olsun ümidin özü.

Ömür gəlir keçir,heç nə soruşmur,
İl var ki, günləri ilə qovuşmur.
Gün var ki, yüz ilə bərabər olur,
Gün var ki,bu günə bir quruş düçmür.

Yaşa, yaşamağın günah deyilsə,
Yaşamaq yanmaqdır...Yanmaq..
Nə isə...
Sözdür də deyirlər, dil ki ətdəndir,
Sözün məlhəm olsun,çalış hər kəsə.

Nazim Nəsrəddinov.
Bakı,
28.10.2017.

Geri dön