Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Azərbaycan Borçalının Gürcüstana ilhaq edilməsini protesto edərək, beynəlxalq qurumlara şikayət edib
Azərbaycan Borçalının Gürcüstana ilhaq edilməsini protesto edərək, beynəlxalq qurumlara şikayət edib |
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.
Əvvəlini bu linkdən oxuyun. Dördüncü fövqəladə iclas 20 dekabr 1918-ci il Məmməd Əmin Rəsulzadə - Bu gün Azərbaycan Məclisi-məbusanının iztirab qəlbilə cəm olmasına səbəb qonşularımız arasında vaqe olan qanlı müsadimələrdir. Bu hadisələr yanı yaşımızda deyil, uzaqda yaşayan digər millətlər arasında da çıxsa idi, insaniyyət növqeyi-nəzərindən qəlbimizi cərimədar edib qan ilə dolduracaq idi. Fəqət, məlumdur ki, biz göylərdə deyil, yerdə yaşayırız. Həqiqəti düşünəlim, vaqe olan hadisələr elə iki qonşu millətlər arasında vaqe olmaqdadır ki, biz müqəddəratımızı dünən onlar ilə bərabər həll edirdik, yarın da müştərək həll edəcəyiz. Bunun üçün də biz bu millətlər arasında çıxan hadisələrə yabançı qala bilməriz. Biz qitə və həyati surətdə əlaqədarız. Ona görə də səsimizi yüksəltməli, aman nə yapırsınız deməliyiz. (Soldan mərkəzdən alqış). Əfəndilər! Çox qəribədir, bir zamandakı hərbi-ümumi axıra yetişir, bir zamandakı dünyanın cəngavər və təpədən-dırnağa qədər müsəlləh olan millətləri məsələlərin artıq sülh və müsalimətlə həll və qət olunmasını istəyirlər, bir zamandaki istiqlala layiq olduğunuzu isbat üçün bu gün biz kiçik Qafqaziya millətlərinin əlində qüvvətli bir sübut vardır ki, o da sülh və müsalimət, ancaq qan tökməmək. (Sürəkli alqışlar). Əvət, əfəndilər! Belə bir zamanda ki, biz Zaqafqaziya millətləri iştirakı ilə əqd olunacaq ümumsülh konfransına qol-qola olaraq bir qapı, dost bir surətdə girəcək olmaz isək, bütün əməllərimiz məhv və nabüd qalar. İştə belə bir zamanda Ermənistan ilə Gürcüstan arasında qan tökülür, bu qanlar dayanmalıdır, çünki hürriyyət və istiqlal haqqında bəslədiyimiz uğursuz və müqəddəs məqsədlərimizi qara yerlərə gömməmək üçün sülh masası başında müttəhidən oturmağa layiq olduğumuzu göstərməliyiz. İştə bu qanunların dayandırılmasına bir təsir icra etmək bütün Azərbaycan demokratiyasını yüksəltməlidir. (Alqışlar). Əfəndilər! Bu fikir, bu ixtilaflı məsələlərin müsalimətlə həlli fikri, heç bir vaxt Azərbaycan cəmaətinə yabançı qalmamışdır. Azərbaycan demokratiyasını hər zaman töhmətləndirmişlər. Ona dildə bir, məqsəddə bir deyə böhtan etmişlərdir. Buna dəlil olaraq, millətləri bizim xaricimizdə olan hadisələri üzümüzə vurub, erməni, müsəlman kimi müəssif hadisələrə meydan olduğundan Azərbaycanı təqsirləndirmişdir. Fəqət, həqiqət, hal bu nəyi göstərir. Azərbaycan müqəddəratını öz əlinə alıb da müstəqil yaşamağa başladığı andan bəri siyasətini müvafiq qurmuşdur. Azərbaycan hökuməti ibtidai bir sülh tərəfdarı olub da müsalimət siyasətindən ayrılmışdır. Azərbaycan hökuməti əvvəl təsisindən bəri Qafqaziya millətləri arasında olan ixtilaf və mübahisəli məsələlərin səbr ilə deyil, sülh ilə həll olunmasına çalışmışdır. Azərbaycan siyasi nümayəndələri hər zaman və hər məkanda mübahisəli məsələlərin sülh ilə həll olunması təklifində bulunmuşlardır. Qafqaziya millətləri bu məsələləri öz aralarında həll edə bilməzlər isə başqa bitərəf bir hakimə müraciət etməlidirlər. İyun ayının ibtidalarında idi. Gürcüstan hökuməti Borçalının müsəlman əhalisinin arzusuna rəğmən səbrən Gürcüstana ilhaq edirdi. Azərbaycan buna protesto edərək məsələnin beynəlmiləl bir komisyon vasitəsilə həllin təklif elədi. Məəttəssüf, bu təklifinə müvafiq cavabı deyil, müxalifət gördü. Bu təklifini Azərbaycan hökuməti sonra yenə təkrar etdi, nəticə alammadı. Son günlərdə isə Gürcüstan hökuməti bu nöqteyi-nəzəri qəbul ilə rəsmən bu təşəbbüsdə bulundu və təşəbbüsə birinci “ləbböyk” deyən Azərbaycan hökuməti oldu. Gürcüstan və Ermənistan hökumətini də Zaqafqaziya konfransına dəvət etmişik, günlər, həftələr ilə bəkləmişik, lakin Ermənistan nümayəndəsi gəlməmişdir. Gürcüstan ilə Ermənistan arasında bu məsələ üzərində təati eyləmiş bu gün nəşr edilmiş teleqramlardan anlayırız ki, Gürcüstan hökuməti hətta bu müzakirə əsasında bizdən bixəbər olaraq Ermənistanın təklifinə görə əvvəlcə bu məsələləri yalnız Ermənistan ilə öz arasında həll etməyə razı olmuşsa da yenə vəziyyəti qurtarmamış, məqsədinə müvəffəq olmamışdır. Şimdi isə bu iki millət öz aralarında olan mübahisəli məsələlələri qan ilə həll etməyə başlamışlar. Arada ixtilaflı olan topraq məsələsidir. Əz cümlə “Borçalı” uyezdi süni bəhsidir. Biz biliriz ki, Borçalının türk və müsəlmanlar ilə məskun olan qismi Azərbaycandan ayrılacaq bir qitədir. (Şiddətli alqışlar). Zəngəzur, Qarabağ uyezdi yenə Azərbaycandan ayrılmayacaqdır. (Alqışlar). Elə bu mübahisəli məsələlərin demokratik nöqteyi nəzərilə, qılınc ilə deyil, sülh ilə həll olunmasını hər zaman istəmiş, indi də istəyirsiz. Fəqət, heyhat ki, bizim bu arzumuz havada çağırılan boş sədadan ibarət qalmışdır. Biz zikr olunan yerlər üzərindəki hüququmuzu hər vasitəyə müraciət edilə, eşidiləcəyinə qənaətimiz bərkəmal ikən Qafqaziyanın ümumi müqəddəratını nəzərə alaraq biz həmişə mübahisəli məsələlər kibi bu məsələnin də sülh ilə həll olunmağını gözləmişik. Arzu edirik ki, Gürcüstan və Ermənistan hökumətləri dəxi bu əsası ilə öz aralarındakı ixtilaflı məsələləri sülh və müsalimət ilə həll etsinlər. Məəttəssüf, bu gün meydanda nahaq qanlar töküldüyünü görürüz. Azərbaycan Məclisi-Məbusan Gürcüstan və Ermənistan hökumətlərinin daxili işlərinə qarışması üçün deyil, bütün Qafqaziyaya yağacaq, o cümlədən Azərbaycanı da qanlara boyayacaq bir fəlakətin önünü almaq üçün bu məsələyə icrayi-təsir etmək istər. İnancımız bundadır ki, Gürcüstan, Ermənistan cəmaəti dəxi bizim kimi düşünür. Azərbaycan xalqının təmsili-ruhi olan Məclisi-Məbusanımızda hökmüfərma olan bu ruh və müsalimət əminəm ki, bütün cəmaətimizin duyğusu olduğu kimi gürcü və erməni cəmaətində də eyni təbidir. Gürcüstan və Ermənistan Məclisi-məbusanları dəxi öz millətlərinin vicdanını etdiklərindən sülhamiz bir səciyyə intibahilə kəndilərinə müraciət edəlim və deyəlim ki, Qafqaziya millətləri sülh və müsalimətə möhtacdırlar. Bütün səy və iqtidar və nüfuzlarını hökumətimiz üzərində icra ediniz, tökülən nahaq qanlar dayansın, çünki bu qanlarda bulunacaq hürriyyətlərimiz, çünki bu yanan neftlərdə yanacaq yurdlarımızdır. (Alqış). Sədr - Söz Tsixakayanındır. (rusca). Sədr - Söz Qara bəy Qarabəylinindir. Qarabəyli Qara bəy - Həzərat! Ermənilər ilə gürcülər arasında cərəyan edən ixtilaflı hadisələr haqqında bir çox fəsahət və bəlağət ilə nitqlər irad edildi. Mən belə nitqlərdən söyləməyəcəyəm. Mən ancaq bir şeyi söyləyəcəyəm ki, bu cərəyanların bizə maddi bir zərəri, yaxud başqa bir təsiri olmayacaqdır. Bu qədər ki, qanlar axıdılır, Qarabağ dögülməkdədir. O biri cəhətdən dəxi müsəlman qanları tökülə bilərmi? Bu saat ermənilər ilə gürcü miyanında olan hadisələr nəticəsindən yenə müsəlman qanları axıdıla biləcəyini görürüz. Çünki toqquşma vaqe olan yerlər Borçalıdır. Burası müsəlman yerləridir. Burada ən əvvəl müsəlman qanları axacaqdır. (Bitərəflərdən: Sağ ol!). Hüdudu aşıb keçmiş erməni qoşunlarının ayağı altında yenə də müsəlman qalacaqdır. (Bitərəf: Sağ ol). Qarşısında qüvvə görmədikdə ermənilər gəlib bizim aramıza keçəcəkdir. O zaman bizim halımız vəxim olacaqdır. Buna görə hökumətə müraciət ilə soruşuruz ki, bu ixtilafın bitməsi üçün burada müsəlman qanlarının tökülməsi ilə hüdudumuzu müdafiə etmək üçün nə tədbirlər olmuşdur? Və yaxud olacaqdırsa, hansı qüvvə ilə? Sədr - Daha natiq yoxdur ki, ona görə hökumət rəisinə söz verilir. Fətəli Xan Xoyski - Hökumət tərəfindən bu barədə tədbirlər olubdurmu? Sual olundu... Doğrudan da suala haqları vardır. Hökumət də bunu düşünürdü. Bu hüdud barəsində ki, buyurdular, heç bir məlumat yoxdur. Bir elə xəbər çıxmış idi ki, ermənilər hüdudluğu keçmişlər. Mən o saat teleqraflar ilə əhval bilmək istədim, cavab gəldi ki, heç bir şey yoxdur. Hökumət bütün stansiyalara tapşırıbdır ki, elə bir hadisə olsa, tez xəbər versinlər, hüdudumuzun başqa bir tərəfdən keçilməməsi üçün bir çox əsgəri tədbirlər görülmüşdür. Qüvvə də hazırlamışıq. Sədr - Müzakirə olunan istizah barəsində müsavat fraksiyonu tərəfindən təklif olunur. Əhməd Cövdət - (oxuyur). Gürcüstan və Ermənistan parlamanlarına Azərbaycan məclisi-məbusanı tərəfindən göndəriləcək müraciətlərinin “Müsavat” şöbəsi tərəfindən təklif olunan layihəsi: Bütün dünya millətlərinin silahlarını ataraq sülh və səlah ilə aradıqları belə bir zamanda, bir zamanda ki, Qafqaziyada təşkil edən Cumhuriyyətlərin yekdigəri arasında sülh və müsalimətlə yaşamaları, elan etdikləri istiqlala layiq olduqları yeganə bir kiliddir. Azərbaycan Məclisi-məbusanı qonşularımız Ermənistan Cumhuriyyəti ilə Gürcüstan Cumhuriyyəti arasında zühr edən qanlı hadisat ədavətkarının əsrarəngiz xəbərini iztirablı bir qəlblə tələqqi etdi. İşbu iztirabının tərcümana təsiri olan 20 dekabr tarixli fövqəladə iclasında Ermənistan və Gürcüstan parlamentlərinə müraciət edərək hər iki hökumətin bu təhlükəli qədəmdən saxlanması üçün var-qüvvət və nüfuzları ilə səy aləmlərini dostluq məqamında rica etməyə qərar verdi. Bütün Qafqaziya demokratiyasının ürək arzusu: qonşular arasında bütün ixtilaflı məsələləri uyuşmaq, barışmaq, və nəhayət hakim vasitəsilə həll etməkdir. Bunun xaricində olacaq hər bir tədbir hansı dövlət tərəfindən görülmüş olur isə olsun Azərbaycan hökumətinin vicdanının zəxmdar etdiyi kimi, Gürcüstan ilə Ermənistan cəmaətlərini də rəncidə edəcəyinə qaneiz. Bunun üçün də millətin təmsili vicdanı olan Məclis-Məbusan heyətinə müraciətlə qardaşca tövsiyyə ediriz: Amandır, durunuz, Qafqaziya təkrar qanlara boyanmasın, odlara yanmasın, çünki bu qanlarda boğulacaq hürriyyətimiz, bu yanğınlarda yanacaq-yurdlarımız. Sədr - Sosialistlər ittifaqı tərəfindən təklif olunan layihə: Əhməd Cövdət - (oxuyur). Məclisi-Məbusanda bulunan sosialistlər fraksiyonunun Gürcüstan ilə Ermənistan millətləri arasında baş verən hadisə haqqında məruzənin müzakirəsindən sonra Azərbaycan Məclisi-məbusanı aşağıdakı maddələri qərara alır: 1). Bizim ilə qonşu və qardaş olan Gürcüstan və Ermənistan millətlərinə və onların parlamanlarına ricu olunsun ki, onlar öz hökumətlərinə təsir edib tezliklə dava hərəkətlərinin dayandırılmasına ciddi surətdə çalışmaları təklif olunsun. 2). Zaqafqaziya dövlətləri arasında olan bütün mübahisəli məsələlərin həlli bu hərəkətlərin konfransına və beynəlmiləl arbitraja mühəvvəl olunması təklif olunsun. 3). Zaqafqaziyada yaşayan üç böyük millətlər bir-birilə sıxı surətdə əlaqədar olduqlarından Ermənistan və Gürcüstan ixtilafı ümum cəmi Qafqaziya millətlərini böyük fəlakətə düçar edə bilər. Buna binaən hər tərəfki bu millətlərin sülh ilə yaşamalarına tərəfdar olar isə, onda cahan demokratiyası qarşısında öz öhdəsinə böyük məsuliyyət alacağını bəyan etməlidir. Sədr - Təklif olunan formulaları dinlədiniz. Məmməd Əmin - Bizim təklif müraciətnamənin layihəsidir. İkinci təklif isə maddəbəmaddə bunu söyləyir. Bu iki təklifdən bir xülasə, nəticə çıxarmağı rüəsaya tövsiyə edəriz. Aslan bəy (yerindən) - Mən təklif edirəm ki, hökumət onları birləşdirsin, göndərsin. Əgər bunu qəbul edərsəniz, göndərsin. Səslər - Qəbuldur, qəbuldur. Səfərov - Bir şey var ki, “protest” sözü gərək çıxarıla idi. Ağamalov (yerindən) - Yox, çıxarmaq lazım deyil. Əhməd Cövdət - Burada bir təklif rüəsa tərəfindən verilmiş, biri də müsavat, üçüncü də sosialistlər tərəfindən təqdim edilmişdir. Təklif edirəm ki, bunlar və sonra verilənlər hamısı birləşdirilib ümumi müraciətnamə halında göndərilə idi. Sədr - Deməli ki, rüəsaya mühəvvəl edildi. Məhərrəmov (əvvəl yerindən, sonra minbərdən) - Mən təklif edirəm ki, nahaq qanları tökülənlərin ruhunu yad etmək üçün ayağa qalxsınlar. (Məbuslar qalxırlar). Sədr - Məclisi bununla bağlanmış elan edirəm. Məclis saat 2.50 dəqiqədə xitam bulur. Yazının davamını bu linkdən oxuyun Geri dön |