Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məktəblilərin AMEA Aşqarlar Kimyası İnstitutuna ekskursiyası təşkil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Məktəblilərin AMEA Aşqarlar Kimyası İnstitutuna ekskursiyası təşkil edilib

Məktəblilərin AMEA Aşqarlar Kimyası İnstitutuna ekskursiyası təşkil edilib


Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) elmlə təhsilin inteqrasiyasını daha da gücləndirmək istiqamətində ciddi addımlar atılır, bir sıra mühüm layihələr həyata keçirilir. Bu məqsədlə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planına uyğun olaraq Bakı şəhər şəhid Ə.Ələkbərov adına 244 saylı orta məktəbin bir qrup şagirdinin bu elmi müəssisənin fəaliyyəti, maddi-texniki bazası və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri ilə tanış olmaları üçün instituta ekskursiyası təşkil edilib.
Öncə məktəblilər üçün təşkil olunan marifləndirmə seminarında İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, əsas tədqiqat istiqamətləri, əldə olunan elmi nailiyyətlərlə bağlı məlumat verib: “1965-ci ildən fəaliyyət göstərən institutumuzda sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsasları öyrənilir. Elmi müəssisəmizdə müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi, səmərəli istifadə olunması sahəsində fundamental tədqiqatlar aparılır”. Akademik bildirib ki, elmi müəssisədə alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə, siyrilməyə qarşı, özlülük, bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, son illər Akademiyada gənc nəslin elmə marağını artırmaq məqsədilə orta və ali təhsil müəssisələrində olimpiada, müsabiqə və təşviqat xarakterli tədbirlər geniş vüsət alıb. S.Qəhrəmanov həmin tədbirlərlə yanaşı, şagird və tələbələrin Akademiya institutlarına, xüsusən tətbiqi elm kimi kimya elmi müəssisələrinə ekskursiyasının təşkili onlarda elmə maraq yaradılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Məktəblilər İnstitutun "Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları" laboratoriyasın işi ilə tanış olublar. AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev laboratoriyada istifadə olunan zərif-üzvi sintez üsulları, cihaz və avadanlıqların iş mexanizmi, sintez olunan fizioloji fəal maddələr haqqında şagirdlərə geniş məlumat verib, bir neçə əyləncəli təcrübələr nümayiş edib.

Akademik Ə.M.Quliyev adına
Aşqarlar Kimyası İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Geri dön