Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan XİN: Avropa İttifaqından erməni təcavüzünü pisləmək üçün siyasi cəsarət tələb olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan XİN: Avropa İttifaqından erməni təcavüzünü pisləmək üçün siyasi cəsarət tələb olunur

Azərbaycan XİN: Avropa İttifaqından erməni təcavüzünü pisləmək üçün siyasi cəsarət tələb olunur


Avropa İttifaqı faktları fakt kimi qiymətləndirməli və hazırkı fakt işğal faktıdır və bunu işğal kimi qiymətləndirməlidir.
Bu barədə şənbə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Yerevanda verdiyi açıqlamalara münasibət bildirərkən deyib.
"Ermənistanın işğalını pisləmək, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına çağırmaq ən böyük cəsarət olardı", - o deyib.
Abdullayev bildirib ki, Avropa İttifaqının siyasi cəsarəti də məhz qeyd olunan faktları fakt kimi göstərməkdən irəli gələr.
"Avropa İttifaqının nümayəndəsi tərəfindən yenilənmiş Madrid prinsiplərinin münaqişənin həlli üçün vasitə kimi bildirilməsi müsbət qiymətləndirilir. Biz də bu yanaşmanı baza kimi qəbul etmişik və mövqeyimiz ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılması regionda əməkdaşlığın yaranması üçün imkanlar yaradacaq", - Abdullayev bildirib.
XİN rəsmisi qeyd edib ki, yenilənmiş Madrid prinsiplərində göstərildiyi kimi, Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması və kommunikasiyaların bərpa olunması regionun inkişafı üçün yeni imkanlar yaradacaq.
"Aİ də öz növbəsində, dünyanın ən mötəbər və böyük təşkilatlarından biri kimi, öz ədalətli mövqeyini əsirgəməməlidir. Belə ki, məhz elə Aİ nümayəndəsinin də vurğuladığı regionun inkişafı və inteqrasiyasına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl olan Ermənistanın qeyri-konstruktiv və destruktiv yanaşmasıdır. Ermənistan rəhbərliyində münaqişənin həlli ilə bağlı siyasi iradənin nümayiş etdirilməməsi bu gün problemin həllinə ən böyük maneədir", - o deyib.
Lefort bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına və inteqrasiyasına mane olur.

Geri dön