Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AMEA-da “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” ilə bağlı Tədbirlər Planı hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > AMEA-da “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” ilə bağlı Tədbirlər Planı hazırlanıb

AMEA-da “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” ilə bağlı Tədbirlər Planı hazırlanıb


Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın akademiyada icrası ilə bağlı məsələyə baxılıb.

İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib. AMEA rəhbəri bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün Prezident İlham Əliyevin 2017-cı il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda digər təşkilatlarla bərabər AMEA-nın da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələrin qoyulduğunu söyləyib. Akademik AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Tədbirlər Planının hazırlandığını bildirib.

Müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tapşırıqlar verilib.

Geri dön