Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhbusların qaçmasına görə Penitensiar xidmətin 21 işçisi intizam məsuliyyətinə cəlb edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Məhbusların qaçmasına görə Penitensiar xidmətin 21 işçisi intizam məsuliyyətinə cəlb edilib

Məhbusların qaçmasına görə Penitensiar xidmətin 21 işçisi intizam məsuliyyətinə cəlb edilib


Ədliyyə Nazirliyi kollegiyasının geniş iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən nazir Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, ölkənin hərtərəfli tərəqqisini və iqtisadi rəqabətqabiliyyətliliyinə görə qabaqcıl dövlətlər sırasında qərarlaşdığını vurğulayıb.
Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət və hökumət başçılarının iştirakı ilə yenicə açılışı qeyd olunaraq bildirilib ki, ölkə iradəsi ilə reallaşan və dünyanın 100 böyük layihəsi sırasına daxil olan BTQ dəmir yol xəttinin işə düşməsi strateji əhəmiyyət daşımaqla regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa xüsusi töhfədir.
Kollegiyada dövlət başçısının rəhbərliyi ilə ölkənin davamlı inkişafından, məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs olunub. Diqqətə çatdırılıb ki, bu sahədə ölkənin nailiyyətləri beynəlxalq aləmdə yüksək dəyərləndirilir və digər dövlətlərə örnək kimi tövsiyə edilir. Belə ki, bu günlərdə Azərbaycanın təqdim etdiyi "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" layihəsinin Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsində qalib gələrək ən mütərəqqi layihə kimi mükafata layiq görülməsi respublika Prezidentinin siyasi iradəsi ilə son illər həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətdir.
İclasda ölkə başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamının icrası üzrə görülən işlər, o cümlədən insanların azadlıq hüququnun qorunması, alternativ cəzaların, həmçinin ictimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi qeyd edilib və bununla bağlı Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilən "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nın icrasının təşkili üzrə tədbirlər müəyyən olunub.
Həmçinin, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə görülən işlərə toxunularaq vergi borcları üzrə qərarların daha səmərəli icrasına yönələn Prezident İlham Əliyevin 2017-ci il 5 oktyabr tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinə edilən dəyişikliklər müzakirə olunub və bu sənədin icrası ilə bağlı bir sıra təşkilati və digər aidiyyəti tədbirlərin görülməsi qərara alınıb.
Kollegiyada oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş verən fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib. Qeyd olunub ki, bununla bağlı Penitensiar xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin, hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, Penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Kollegiyada, həmçinin kadrlarla işin daha səmərəli qurulması məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası"ndan irəli gələn vəzifələr müzakirə edilib.
Bununla yanaşı, beynəlxalq əlaqələrin dərinləşdirilməsi üzrə tədbirlərə baxılıb. Qeyd olunub ki, cari ildə Gürcüstan, İran, Belarus, Ukrayna və Latviyanın ədliyyə nazirləri ölkəmizə, tərəfimizdən isə Əlcəzairə və Latviyaya səfərlər edilib, ədliyyə sahəsində mühüm sənədlər imzalanaraq ölkə Prezidentinin fərmanları ilə təsdiq olunub. Kollegiyada qeyd olunan beynəlxalq sənədlərin icrasından irəli gələn məsələlər müzakirə olunaraq zəruri tədbirlərin görülməsi tapşırılıb.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələri müzakirə edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Geri dön