Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mədəniyyətin tolerant energetikasi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Mədəniyyətin tolerant energetikasi

Mədəniyyətin tolerant energetikasi



Vətən sağ olsun ...
Azərbaycanda dəyişik anlayışlara anlaşılmaz münasibətlər elmi müstəvidə hökm sürür. Azərbaycan ərazisində əsrlərdir fərqli inanclar, düşüncələr, ideologiyalar, məfkurələr tozanaq qoparıb. Aranı dağa, dağı arana süpürüp. Əlinin papağını vəlinin, vəlinin papağını əlinin başına qoymaq kimi bir aqibət sərgiləyib.
Azərbaycanlılar əski dinləri, inancları qəbul edib, o dinlərdən, inanclardan qəbul elədikləri kimi də uzaq durmağı, tərk eləməyi də bacarıblar. Mən bu etnosların bu türlü tarixi davranışını müsbət və ya mənfi yöndən dəyərləndirmək fikrində deyiləm. Bu ayrı bir mövzudur. (Ümumiyyətlə millətlərin bir gün qəbul elədikləri inanc necə irəliləyiş, tolerantlıq, açıqgörüşlülük sayılırsa, o inancı bir gün tərk etmək də əslində qəbahət sayılmamalıdır). Mən bu dinlərin, dünyagörüşlərin bizə gəlib çıxan mədəniyyətimizdə hansı izlər qoyduğunun da fərqindəyəm. Hətta, bizim milli xarakterimizin formalaşması baxımından hansı rolu oynadığını da anlayıram. Ancaq bizlər bir mədəniyyət daşıyıcıları olaraq o dinlərdən və inanclardan, düşüncə sistemlərindən nələrisə aldığımız həm tarixə, həm keçmişə, həm də o düşüncə sistemlərinə nələrisə də verdiklərimiz var. Digər tərəfdən bu gün keçmişləri təftiş etdiyimiz zaman sanki nələrdənsə uzaq durmaq sevdası içimizdə baş qaldırır. Bu sevda düşmənçilik həddinə qədər bir şkala da cizməyi unutmur.
Azərbaycanlıların bu ərazilərdə tövratı, zəburu, zərdüştçülüyü, şamançılığı qəbul elədiyi kimi, xristianlığı da qəbul elədiyi şəksizdir. Bu ərazilərdə yaşayan etnoslar xristian dininin təsiri altında ortaya mədəniyyət qoyanda, çağdaş dünyanın “xristianam” deyərək, bar-bar bağıran xalqları, millətləri hələ heç xristian olmamış, İsanın mifləri haqqında kifayət qədər məlumatlı deyildirlər.
Məsələn, bir çox bölgələrimizdəki Alban abidələrinin izləri üzərindəki xristian elementlərinin üzə çıxması bəzilərinin kürkünə kök birə salır. Elə başa düşürlər ki, məsələyə xristianlıq nöqteyi- nəzərindən yanaşanda, bütün dünya ərazilərimizin xristianlara, elə ermənilərə, gürcülərə aid olmasından dəm vuracaq.
Xaç xristianlıqdan çox-çox qabaqkı tarixlərdə işığa, günəşə inanan türklərin mədəniyyətində mövcud idi. Bu mövcudluğu indi də türk mədəniyyəti sədaqətlə qoruyub saxlayır.
Digər tərəfdən türklərin bəzi boylarının xristianlıq dinini qəbul edib İsaya inanması bir etnosun tolerantlığından, yüksək ilahi vasfa sahib olmasından xəbər verir. Bəs yaxşı, görəsən türklərin xristianlığı qəbul edən boyları nəyə görə bu dini tərk ediblər? Necə olur ki, indiki qeyri-millətlər hələ də xristian olduqlarından dəm vururlar, ancaq erkən xristianlığa tapınan türk qövmü erkən də xristianlıqla vidalaşmalı olur?
Xristian dini haqq dinlərdəndir. Müsəlmanların da kitabı bu dinin haqq olduğundan açıq-aydın xəbər verir. Türklər hər yeniliyə açıq olduqları kimi, hər köhnəliyə də açıq bir mədəniyyət daşıyıcısı olan etnosdur. Mənə elə gəlir ki, islam dini vəhy olunmasaydı, həzrəti Məhəmməd sonuncu peyqəmbər olaraq yer üzünə göndərilməsəydi, bu gün yer üzünün ən aparıcı etnosu, milləti, mədəniyyəti türklərə məxsus olacaqdı. Sadəcə olaraq, islamın xristianlıqdan sonra gəlməsi, xristian dinində saysız-hesabsız, insanlıq üçün fəsadlar yaradacağı mesajını Ali Güc, Uca Yaradan məhz Quranın zühur eləmə hadisəsiylə təsdiqləyir. Pozulmuş, təhrifə uğramış xristianlıq Quranın gəlişiylə islamla əvəz olunmaq zorundaydı. Necə ki, bir millətin, ölkənin dövlətinin başına biri gələr, müəyyən müddətdən sonra onu tərk eləyər, eləcə də yer kürəsinin mənəvi hakimiyyətinin başına gələn Davutdan sonra Musa, Musadan sonra İsa, İsadan da sonra Məhəmməd olmalıydı. Bu kosmik qayda, ənənə, hardasa tərbiyə, əxlaq sonucda mədəniyyətlərə sirayət eləməklə İlahi ədalətin yer üzündə bərqərar olmasının ilkin şərtlərini oluşduracaqdı. Yəni həm də yer kürəsinin bütün toplumları, millətləri, ölkələri, bir zamanlar Tövrata, Zəbura, İncilə inam gətirməli ikən, indi də Qurana inanmalıydılar. Əvvəlki dinlərə yer kürəsi bütövlükdə inam gətirmədiyi kimi, islama da bütövlükdə bağlana bilmədilər. Ortalıqda isə görünən mənzərədə yer kürəsində Davudun, Musanın, İsanın xatirəsi Məhəmməd peyqəmbərin öndərliyində əziz tutulmalı, sayqı duyulmalı ikən, əksinə dünya mənəvi hakimliyi xalqlar, etnoslar, mədəniyyətlər arasında parçalanaraq yenidən Davudun, Musanın, İsanın, eləcə də Məhəmmədin mənəvi öndərliyi arasında qarğaşaya, savaşa çevrilməklə, vəd olunan kamil insan, toplum, etnos mədəniyyətinin bütün altyapısını, cizgilərini pozub, darmadağın elədi.
Təbii ki, bu geniş mövzunu bir köşə yazısında tamamlamaq çətindir. Hər halda reallıqlar bunu söyləyir.

Geri dön