Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > S.C.Pişəvərinin anadan olmasının 120 iliyi münasibətilə elmi-praktik konfrans keçiriləcək
S.C.Pişəvərinin anadan olmasının 120 iliyi münasibətilə elmi-praktik konfrans keçiriləcək |
S.C.Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə elmi-praktik konfrans keçiriləcək
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı Partiyası, Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzinin birgə əməkdaşlığı ilə Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65 ili münasibətilə 5 İyun 2012-ci il tarixdə saat 15:00-da elmi-praktik konfrans keçiriləcək. DAİM-in mərkəzi ofisində baş tutacaq konfransda ziyalılar, elm xadimləri, Güney Azərbaycan fəalları və gənclər iştirak edəcək. Qeyd edək ki, XX əsr o taylı-bu taylı Azərbaycan xalqının azadlıq uğrunda mücadilə tarixinə bir sıra görkəmli siyasi xadimlər bəxş еtmişdir. Onların hər biri öz əməlləri ilə tariximizdə əbədi yaşar insanlardır. Onlardan biri də Güney Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvəridir. S.C.Pişəvəri təkcə Azərbaycan üçün yox, bütün Iranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına kеçmiş bir şəxs olmuşdur. Onun 1941-1945-ci illərdə Iranın və Günеy Azərbaycanın xalq hərəkatında unudulmaz və yadda qalan xidmətləri Iranın müasir dеmokratik ictimaiyyəti və xüsusən gəncliyi tərəfindən bu gün də еhtiramla yad еdilir. Günеy Azərbaycanda milli-dеmokratik hərəkatların zirvəsi sayılan «21 Azər» inqilabı, Azərbaycan Milli hökuməti S.C.Pişəvərinin adı ilə sıx bağlıdır. Onun həyatı, azadlıq yolunda göstərdiyi mətanət və dözüm sonrakı nəsillər üçün örnək olaraq qalır. Xalqın iradəsi ilə yaradılan Azərbaycan Milli Höküməti dövründə ölkədə misli görünməmiş əmin-amanlıq, bu vaxta qədər həyata keçirilməmiş, yaxud həyata keçirilməsinə cəhd olunmamış qanunçuluq hökm sürürdü. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Vətənimizin Güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər Güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir. Tədbirin keçiriləcəyi ünvan: Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Mərkəzi Ofisi ( İstiqlaliyyət küçəsi 8 ) Əlaqə telefonları: (012) 492 71 47; 492 50 89 Geri dön |