Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Prezident hər an əfv sərəncamı imzalaya bilər” - Əfv Komissiyasının üzvü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > “Prezident hər an əfv sərəncamı imzalaya bilər” - Əfv Komissiyasının üzvü

“Prezident hər an əfv sərəncamı imzalaya bilər” - Əfv Komissiyasının üzvü


Əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir. Prezident hər zaman əfv sərəncamını imzalaya bilər.

Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı məlumat verib.

Komissiya üzvü bildirib ki, bu il prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərancam imzalayıb.

“İmzalanan sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Komissiyasının Katibliyinə davamlı olaraq müraciətlər daxil olmaqdadır. Müraciətlər məhkumlar, onların vəkilləri, ailə üzvləri tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin zərərçəkmiş şəxsin narazı olub-olmadığı araşdırılır. Bu çox vacib məsələdir. Komissiyanın üzvü olaraq mənə əfs sərəncamından bu yana 20-dən çox müraciət daxil olub. Digər üzvlərə də müraciətlər olur. Ümumilikdə müraciətlərin sayı barədə isə məlumatım yoxdur. Hesab edirəm ki, əfv sərəncamının imzalanmasını Yeni il bayramı , Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər bayramlarla bağlamaq düzgün deyil. Prezident hər zaman əfv sərəncamını imzalaya bilər. Sərəncamının verilməsi prezidentinin səlahiyyətinə daxil olduğuna görə indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”.

Geri dön