Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > C hepatitinin müalicəsindən ötrü münasib qiymətə yüksəktəsirli dərman satışa çıxarılacaq
C hepatitinin müalicəsindən ötrü münasib qiymətə yüksəktəsirli dərman satışa çıxarılacaq |
C hepatitinin müalicəsində ciddi irəliləyişlər nəzərdə tutulur. Bu yaxınlarda münasib qiymətə yüksəktəsirli dərman satışa çıxarılacaq. Bu barədə Liverpul Universitetinin farmakologiya üzrə eksperti Endryu Hill Dünya Səhiyyə Təşkilatının (DST) San-Pauluda keçirilən sammitində elan edib.
BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, E.Hillin sözlərinə görə, C hepatitindən yeni preparatla 12 həftəlik müalicə kursu 50 ABŞ dollarına başa gələcək. Təxminən 1000 pasiyentdə aparılan müalicənin nəticəsi dərmanın yüksək təsirini göstərib. Ekspertin fikrincə, sınaqlar bu dərmanın təsir gücünün brend preparatlardan heç də geri qalmadığını təsdiqləyib. Endryu Hill deyib: “Bu gün dünyada C hepatitinə 70 milyon insan yoluxub. Barəsində danışdığımız qiyməti 50 ABŞ dollarına olan dərmanla xəstələri təmin etmək üçün təxminən 3,5 milyard ABŞ dolları tələb olunur. Bu isə dünya üzrə səhiyyə məqsədlərinə ayrılan büdcənin bir faizindən də az məbləğdir”. O, dövlətləri ildə 1,3 milyon insan həyatına son qoyan hepatitin bu növünün miqyasının azaldılmasına yönələn qəti tədbirlər görməyə çağırıb. Qeyd edək ki, Braziliyadakı sammitdə DST nümayəndələri C hepatitinin 2030-cu ilədək kökünün tamamilə kəsilməsinin qarşıya məqsəd qoyulmasını xatırladıblar. Hələ ki bu istiqamətdə Avstraliya, Braziliya, Gürcüstan, Almaniya, Misir, İslandiya, Niderland, Qətər və Yaponiyada ardıcıl tədbirlər görülür. Geri dön |