Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİ

Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİ


Təzə zəncəfil həm keçmişdə, həm də hazırda bir çox alternativ tibb üsullarında istifadə edilir. Adətən toz halında olan zəncəfildən istifadə edirik və təzə zəncəfili bir çoxlarımız tanımırıq.

Sizə təzə zəncəfilin faydaları ilə bağlı məlumat verir.

Təzə zəncəfil sağlamlığımıza müsbət təsir edir. Onun tərkibində 80 faiz su, 2 faiz protein, 1 faiz yağ, 12 faiz nişasta, B3, B6, C vitaminləri, dəmir, kalsium, fosfor, sodium, potasium və maqnezium var. Xüsusilə təzə zəncəfil immuniteti gücləndirir və xüsusilə içərisindəki yüksək miqdarda C vitamini sayəsində qışda yarana biləcək infeksiyaların müalicəsində istifadə olunur.

Tərkibində olan anti-inflamatuar maddələrin təbii ağrıkəsici təsiri var. Bədəndə yaranan hər hansı ağrını dərhal kəsir.

Mədə bulanmasına faydası var. Zəncəfil ac qarnına istifadə edildiyində mədə bulanmasının qarşısını alır.

Ürək narahatlıqlarını aradan qaldırır. Zəncəfilin kök və ya toz olaraq istifadə edilməsi ürək ritmini tənzimləməyə kömək edir.

Təzə zəncəfili yeməklərdə, salatlarda, içkilərdə də istifadə edə bilərsiniz. Ancaq təzə zəncəfili nələrdə və necə istifadə etməyi bilməlisiniz.

Təzə zəncəfil yeməklərdə necə istifadə olunur?

Təzə zəncəfilin qoxusu darçına bənzəyir. Buna görə onu südlü şirniyyatlara rəndələyərək qatın. Şirniyyatlarınızda şəkərin səviyyəsini tənzimləmək üçün istifadə edə bilərsiniz.

Təzə zəncəfil içkilərdə necə istifadə olunur?

İçkilərinizin içərisinə də zəncəfili bal ilə qarışdıraraq əlavə edə bilərsiniz. Xüsusilə içdiyiniz südün və çayın içərisinə təzə zəncəfil qoymaq faydalı olacaq.

Xərçənglə mübarizə aparmaq üçün zəncəfilin təsiri yüksəkdir. Təzə zəncəfili xüsusilə çay olaraq istehlak etdiyinizdə sağlamlığınız baxımından bir çox fayda verir. Təzə zəncəfilin iltihabı azaltması ilə yanaşı qripə qarşı və müxtəlif infeksiya xəstəliklərinə qarşı qoruyucu təsiri var. Zəncəfili çay kimi dəmləyib içmək xərçəngi əngəlləyən ən təsirli vasitələr arasında yer alır.

Təzə zəncəfil çayı necə hazırlanır?

Təzə zəncəfil çayının hazırlanması olduqca sadədir. Əvvəlcə təzə zəncəfil kökünü yaxşı yuyun və sonra zəncəfilləri soyub dilimləyin. Ardından onun üzərinə qaynar su əlavə edin. 10 dəqiqə dəmlədikdən sonra ac qarına içə bilərsiniz.

Çayınızın antibiotik və iltihabı götürmə təsirini artırmaq üçün içərisinə bir miqdar istiot ata bilərsiniz. Bu çay öskürəyi sağaldır, iltihabı aradan qaldırır.

Zəncəfil çayının təsiri çox olduğundan hamilələrin içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməsi vacibdir.

Qızdırmanız, iltihabi cild probleminiz, ya da öd daşınız varsa, zəncəfil istifadə etməməlisiniz.

Geri dön