Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycanın cənub və şimalında qədim vaxtlardan türkdilli əhalinin yaşadığını sübut edən əlyazmalar tapılıb
Azərbaycanın cənub və şimalında qədim vaxtlardan türkdilli əhalinin yaşadığını sübut edən əlyazmalar tapılıb |
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Azərbaycanın həm cənubu, həm də şimalında qədim vaxtlardan türkdilli əhalinin yaşadığını sübut edən əlyazmalar tapıb. Bunu bazar ertəsi Trend-ə Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov deyib.
Onun sözlərinə görə, aşkar olunan əlyazmalar orta əsrlərə aid elmi tarixi, coğrafi əsərlərdir. Həmin əsərlərdə Azərbaycanın şimal və cənubunun eyni ad altında birləşdiyi də qeyd edilib. "Bu, islamdan əvvəl də, islamın ilk dövrlərində də belə olub. Bəzən şovinistlər deyir ki, şimal Arandır, cənub Azərbaycandır. Bu, səhv fikirdir. Orta əsrlərin elmi tarixi, coğrafi əsərlərində də göstərilir ki, şimal və cənub - hər ikisi Azərbaycanındır. Hələ lap qədim dövrlərdən şimala da, cənuba da Azərbaycan deyilib. Biz bu yanlışlığı aradan götürmək üçün əlyazmalar tapmışıq və yaxın vaxtlarda onları ortaya çıxaracağıq", - Kərimov deyib. Kərimov bu sənədlərin yaxın 1 ayadək əldə ediləcəyini də söyləyib. O, əlavə edib ki, xarici ölkələrin kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma əslində bu rəqəm daha çoxdur. Çünki ölkələrin çoxunda əlyazmalar kataloqlaşdırılmadığından Azərbaycan əlyazmalarının sayını dəqiq müəyyən etmək olmur. "Məsələn, Türkiyənin əsas şəhərlərində əlyazmalar kataloqlaşdırılıb. Amma Türkiyənin bəzi, İranın bir çox şəhərlərində, Hindistanın 90 faiz şəhərlərində, Əfqanıstanın isə heç bir şəhərində əlyazmalar kataloqlaşdırılmayıb", - Kərimov əlavə edib. Geri dön |